Menu

Türkiyə koronavirusa qarşı ikinci vaksinin sınağını uğurla yekunlaşdırıb

13.08.2021, 11:21
Türkiyə koronavirusa qarşı ikinci vaksinin sınağını uğurla yekunlaşdırıb

Türkiyənin yerli vaksini olan “VLP”nin istehsalı üzrə daha bir mərhələ uğurla başa çatdırılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb.

“Könüllüsü olduğum “VLP” vaksini üzrə önəmli bir mərhələni də tamamladıq. Aşının ikinci faza vaksinasiyası uğurla sona çatdı. Heç bir yan təsir olmadı”, - nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol