Son günlər Müdafiə Nazirliyinin yaydığı açıqlamalarda atəşkəsin Şuşa, Laçın və Füzuli rayonu istiqamətində pozulduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı dəstələri həmin istiqamətdəki mövqelərimizi atəşə tutur.
Qarabağda gərginliyin davam edəcəyi hələ 10 noyabr 2020-ci il tarixindən məlum idi. Çünki Rusiyanın zorakı müdaxiləsi ilə Azərbaycan hərbi əməliyyatları dayandırıb, Moskvanın təzyiqi, təkidi ilə ortaya atdığı atəşkəs sənədinə imza atıb. Bu bəyanat hüquqi qüvvəyə malik olmasa da, problemin tam həllinə imkan vermədi, Rusiya ordusu V.Putinin əlləri ilə yazdığı ssenariyə uyğun tələsik Qarabağa göndərildi, yarımcan olmuş erməni silahlı dəstələrinin qalıqları son anda tanm məhvdən qurtarıldılar. Beləliklə, Qarabağın bir hissəsi faktiki Rusiyanın nəzarətinə keçdi və Kreml bölgədə əvvəldən hazırladığı plan üzrə möhkəmlənməyə başladı. Bu barədə geniş yazmağa ehtiyac yoxdur, qısaca onu qeyd edək ki, sülhməramlı kontingent 10 noyabr sənədində nəzərdə tutulmasa da, Azərbaycanın 3.4 min kvadrat kilometr ərazisini özünün məsuliyyət zonası elan edib, orada dağılmış erməni separatçılarını yenidən təşkilatlandırmağa çalışır. Onlara hər cür - siyasi, humanitar və iqtisadi dəstək göstərilir, reablitasiya proqramları həyata keçirilir. Bütün bu fəaliyyət tamamilə qanunsuzdur və Azərbaycanla razılaşdırılmadan həyata keçirilir.
Bəs, Moskva Xankəndi və ətraf ərazilərdəki bu "missiyasını" hüquqi çərçivəyə almaq istəyirmi?

Əlbəttə istəyir. Ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycan hələ də Rusiya ilə sülhməramlıların fəaliyyətinə dair əlavə sənədi imzalamaqdan imtina edir. Amma Ermənistan bu sənədi imzalayıb. Maraqlıdır, hansı məntiqlə, hansı hüquqla Moskva Azərbaycan ərazilərindəki fəaliyyətini Ermənistanla razılaşdırır, daha sonra Azərbaycana belə bir müqavilə təklif edir? Bu, tamamilə absurd və nonsensdir. Sözügedən müqavilənin detalları açıqlanmasa da, məlumdur ki, söhbət Rusiyanın Azərbaycanın bir hissəsində erməni separatçıları ilə birgə uzunmüddətli anklav yaratmasına hüquqi don geyindirməyə çalışmasından gedir. Ermənistanın keçmiş diplomatı Mikayel Minasyan Azərbaycanın belə bir müqaviləni 3 şərtlə imzalamağa razı olduğunu bildirib. Onun sözlərinə görə, Bakı təklif edib ki, Qarabağ və ətraf ərazilərdəki bütün erməni silahlıları çıxarılsın, Laçın dəhlizinə Azərbaycanın nəzarəti bərpa edilsin və sözügedən bölgə Bakının suveren idarəçiliyinə qaytarılsın, yerli idarəçilik qurumları formalaşdırılsın. Amma bu təklif qəbul edilməyib.

Onu Ermənistanmı qəbul etməyib? Əlbəttə yox, müharibədə darmadağın olmuş ölkənin Azərbaycanla bərabərhüquqlu tərəf kimi bu məsələləri müzakirə etmək hüququ yoxdur. Bakının təkliflərinə Rusiya razılıq verməyib, Moskva Xankəndində Azərbaycanın suverenliyinin təmin olunmasına qarşıdır, onunla birlikdə yerli problemlərin həll olunmasını qəbul etmir. Əksinə, milyonlarla xərc çəkib cinayətkar, separatçı liderlərlə birlikdə oyuncaq "dövlət" qurmağa girişib. Bu gün bölgədə yaranmış gərginliyin əsas mənbəyi Rusiyanın Azərbaycanın suverenliyini tapdalayaraq həyata keçirməyə çalışdığı bu planlarıdır. Bakı, birbaşa olmasa da, dolayısı ilə ona müqavimət göstərməyə çalışır, çünki daha səbr kasası dolub. Bundan sonra susmaq Rusiyanın daha böyük iddialara düşməsi ilə nəticələnə bilər. Necə ki, bunun ilk işartısı Laçın dəhlizi vasitəsi ilə Qarabağa daşınan erməni silahlılarıdır. Onlar Azərbaycan ərazilərinə hansı məqsədlə gətirilir, silah-sürsat toplanır, yeni postlar qurulur? Şübhəsiz, təməl niyyət burada əbədi qalmaqdır, ikincisi, tapşırıq gələrsə, Şuşaya, Hadruta hücum çəkib Qarabağın əvvəlki işğal sərhədlərini bərpa etməyə də cəhd edəcəklər. Rusiya açıq şəkildə separatçıları buna hazırlayır, təşkilatlandırır və silahlandırır. Azərbaycana açıq mesaj verilir ki, sülhməramlı kontingent orada həmişəlik qalacaq, yaxşı olar ki, Bakı Moskvanın bu niyyətinə müqavimət göstərməsin. Əks təqdirdə, davamlı təxribatlar, təzyiqlər olacaq və müharibəni udmuş Azərbaycan hakimiyyətinin daxildəki etimadını sarsıtmağa çalışacaqlar.
Bəs, Ermənistan bu planın harasındadır, ona hansı rol həvalə edilib?
Növbədənkənar seçkilərdə Rusiyanın bütün səylərinə baxmayaraq, erməni xalqından mandat almış Paşinyan ikibaşlı oyun oynayır. Çünki Qərb ona Rusiya və İranla sərbəst münasibətlər qurmaq üçün kart-blanş verib. Bunu belə əsaslandırırlar ki, regionda geopolitik baxımdan sıxışdırılmış, Türkiyə və Azərbaycanın blokadasında və Rusiyadan asılı olan ermənilərə bu şansı tanımaq lazımdır. Ona görə də, Paşinyan kifayət qədər rahatdır, o, Qarabağ məsələsini tamamilə öz hakimiyyətindən ayıraraq Rusiyanın sərəncamında qalması ilə barışıb, əslində Moskvanın bu məsələdə oynadığı rol İrəvanı kifayət qədər qane edir. Çünki Azərbaycan qarşısında kifayət qədər zəifləmiş Ermənistanın əldə edə bilməyəcəyi nəticəni Rusiya təmin edir, üstəlik, Qarabağ ermənilərinə hər cür maddi, siyasi, iqtisadi dəstək göstərir. Paşinyan isə Qərbdən aldığı 2.6 milyard avronun dadını çıxarır, darmadağın olunmuş iqtisadiyyatı yendiən dirçəltmək, ölkədən qaçan erməni gəncliyinin yolunu kəsmək üçün planlar qurur.
Rusiyanın Qarabağdakı hegemonluğu Paşinyanın Qərblə daha sıx əlaqələr qurmasına mane olmur, əksinə, onun vəziyyətini xeyli yüngülləşdirir. Bəzən belə təəssürat yaranır ki, Paşinyan Rusiyanın tam təsiri altında onun direktivlərini həyata keçirir. Amma proseslər göstərir ki, bu təsəvvürlər yanlışdır, Qarabağın indiki durumu, Rusiyanın oradakı ermənilərə, o cümlədən Ermənistan ordusuna dəstəyi Qərbdə heç kimi narahat etmir. Necə deyərlər, Qərb də Moskvanın bu səylərini təqdir edir, Ermənistanı, separatçı erməni azlığını dirçəltmək kimi "ümumbəşər" niyyətin gerçəkləşməsini alqışlayır. Paşinyan bu baxımdan rahat manevr edir, ona görə də tez-tez Minsk Qrupunun prosesə qoşulmasının vacibliyi ilə bağlı bəyanatlar da səsləndirir. Bununla ümumi işə töhfə verir, Azərbaycana qarşı Qərbin təzyiqlərini daha da stimullaşdırmağa çalışır.
Bu situasiyada Azərbaycan kifayət qədər mürəkkəb vəziyyətdədir. Əlbəttə, ölkənin müharibəni udmuş, döyüşdən çıxmış, müasir silahlarla silahlanmış ordusu sərhədlərə nəzarət edir, qoyulan tapşırıqların öhdəsindən gəlmək iqtidarındadır. Amma regionda yaranmış status-kvo ordunun əl-qolunu hələ ki, bağlayıb. Hazırda Qarabağdakı qanunsuz silahlı dəstələrə güc tətbiq etmək risklidir, bu baş verərsə, Rusiyanın, Qərbin mövqeyi necə olacaq, hazırda daxili problemləri olan Türkiyə Azərbaycana lazım olan hərbi, siyasi dəstəyi göstərə biləcəkmi? Ən əsası, Moskva Şərqi Ukraynada olduğu kimi erməni hərbi geyimində Azərbaycana qarşı fəal döyüş aparmayacaq ki?
Burada İranın həmişə Ermənistandan yana olan mövqeyini də yaddan çıxarmaq olmaz. Müharibə dövründə və elə bu günlərdə İrandan Qarabağa daşınan silah konvoyları Tehranın əsl niyyətindən xəbər verir. Amma dayanıb, durmaq da təhlükəlidir, çünki Rusiyanın artan təzyiqlərinin bölgədə daha geniş miqyaslı təxribatlarla əvəz olunacağı gözləniləndir. Bu, Moskvanın əbədi siyasətidir, sona qədər əzmək və razılaşmağa məcbur etmək üçün bütün vasitələr işə salınır.

Bu situasiyada Azərbaycanın bir neçə yolu var. Əlbəttə, ilk növbədə strateji müttəfiqi Türkiyə ilə yubanmadan məsləhətləşmələrə başlamaq lazımdır. İki ölkə arasında müqavilələr Türk Ordusunun bir hissəsinin işğaldan azd edilmiş bölgələrə dislokasiyasını həyata keçirməyə imkan verir. Paralel olaraq, müttəfiq orduların və Pakistan silahlı qüvvələrinin iştirakı ilə anti-terror təlimlərini intensivləşdirmək vacibdir. Orduda islahatları sürətləndirmək, sərhədboyu ərazilərdə möhkəmləndimə işlərini davam etdirmək də günün yubadılmayan cari fəaliyyətləri sırasındadır. Eyni zamanda qanunusuz erməni silahlı dəstələrinə preventiv zərbələr də tez-tez təkrarlanmalıdır.
Qərbin Azərbaycana qarşı mövqeyi nə qədər neqativ olsa belə, Bakı beynəlxalq ictimaiyyətlə fəal işi davam etdirməlidir. Konkret olaraq, Rusiyanın Qarabağdakı işğalçıya dəstək hərəkətləri pislənməlidir və bu, tədricən Qarabağ siyasətində ön plana keçməlidir. Yəni reallıq dilə gətirilməlidir ki, bu gün regionda qeyri-stabillik Rusiya tərəfindən yaradılır və münaqişənin bitməsinə, xalqların barışmasına, sərhədlərin müəyyənləşdirilməsinə Moskva imkan vermir. Bakı artıq bu reallığı açıq mətnlə dilə gətirməlidir.
Buna paralel olaraq Azərbaycan Qarabağdakı erməni azlığı, regionun inkişafı, xalqların birgəyaşayış yollarının tapılması ilə bağlı planlarını da həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim etməlidir. "Ermənilər Xankəndindən qaçır, köçür" tipli xəbərlərin tirajlanması dövlət siyasətinin xeyrinə deyil. Bu istiqamətdə aparılan siyasətdə ardıcıllıq ondan ibarətdir ki, Azərbaycan ermənilərə heç bir status verməyəcək, amma onların inteqrasiyası, mədəni hüquqları, dili, dini, adət-ənənələri çərçivəsində yaşamasına, yerli idarəçilikdə iştirakına bütün şəraiti yaratmağa hazırdır. Bu siyasət Azərbaycana qarşı Rusiyanın, Ermənistanın və erməni lobbisinin apardığı təbliğata qarşı ən tutarlı mübarizə olar.
Nəhayət, 44 günlük müharibədə uğurla sınaqdan çıxmış xalq-hakimiyyət birliyi modelinin gücləndirilməsi, cəmiyyətin vahid məqsəd uğrunda səfərbər edilməsi də vacibdir. Hakimiyyət baş verən bütün hadisələr barədə xalqla açıq danışmalıdır, cəmiyyətdə geniş diskusiyalara şərait yaradılmalıdır, parlamentdə, siyasi qüvvələrlə bu istiqamətdə tez-tez məsləhətləşmələr olmalıdır. Hökumətin, Təhlükəsizlik Şurasının toplantıları çağrılmalıdır və proseslərlə bağlı açıq müzakirələr keçirilməlidir. Rusiya da, erməni lobisi də görməlidir ki, onun qarşısında təpədən-dırnağa qədər haqlı və güclü bir ölkə, xalq var!
Elçin Rüstəmli
"AzPolitika.info"

Şərhlər
Qur-quruldayan qurbağa heç kimsiz daima tanıdığı GÜRZƏNİN ağzına artıq 3cü dəfə yenə özü girib və indi ...?
Daha doğrusu Kreml 10 noyabr razılaşması ilə DQ beş illiyə Azərbaycandan alıb ki, işğalçılardan tam təmizləyəcək?
gündə 1 erməni nöqtəsi "ehtiyatsızlıq" üzündən partlayarsa vəziyyət düzələr. Ayının əli hələlik hər yerə çatmır
İçimizdəki rus casuslarından,erməni ilə bulaşıqqanlılardan qurtulmasaq vəziyyətimiz düzəlməyəcək.Rus mətbuatından sızıntılanan məlumata görə Putin tez-tez Qoid Nissanovla Moskvada bizim Baş nazirin müavini Yaqub Eyyubova məxsus saunada keçirir.....
Rehmetlik bir hekşm var idi onun gözel bir fikri var idi.Deyirdi ki,Azerbaycanda iki senet var ki hzmının bu senetlerden başı çıxır.Bunun biri siyadetdif digeri isr hekimlik.Bir de göresen bizim bezi media numayendeleri arada bir heç olmasa Mirze Celilşn jurnslistika sahedindeki fealiyyeti ve yaradıcılığını oxuyub öyrenib bir netice çıxarırlar inanmıram.Şexsen menim subyektiv fikfimd görd Azerbaycandz barmaala sayılacaq jürnalistler var ki xalq da onları tanıyır.
.Neye lazım bele seviyyesiz yazılarla milli ruhu öldğrmek.Başa düşmek olmur niye bizde here bildiyi işle öeşğul olmur hzmı kimese ağıl vermek isteyir.Bele olmaz.Biz Qalib ölkeyik .Heç kim de bize bir daha bele et ele et gösterişi vere bilmez çünki biz tek deyilik ve qetiyyetli yeri gelende dünyaya meydan oxuyub dözünü deyen prezidentimiz var ve Türkiyye Pakistan kimi bize canyandıran dostlarımız var.Aqillerden biri gözel deyib:birinden soruşurlar ki dünyada en asan iş nedir deyir başqasına ağıl vermek.Bes en çetini deyir deyileni yerine yetirmek.
Cenab Elçin Rüstəmli , siz bu meqalede , chox SADƏLOVH bir jurnalist kimi , hokumete teklifler verirsiniz , amma , unudursunuz ki , 5 - ci kolon hokumet uzvlerinin ekseriyyetinin , qeyri - qanuni yolla , sahibi olduqu zengin var - dovleti RUSIYADADIR ve bu sebebden , ŞƏXSI MARAQLARINI QURBAN VERMƏYƏCƏKLƏR, buna 100% TAM DƏQIQLIKLƏ, ƏMIN OLA BILƏRSINIZ , OZUNUZU ALDATMAYIN ve REALIST MUNASIBƏTI ile, CESARETLI MƏQALƏLƏR YAZIN , chunki , CEMIYYƏTIN MOVQEYI , QƏBUL ETMIR YALAN ve URRRAAA TƏBLIQATI .
Rusiya bizə Qarabağ adıyla çox çətin, yəni lobirintə oxçar hörümçək toru qurur, Allah axırını xeyirə calasın, nə isə gözüm su içmir kremlin oyunlarından. erməninin satqınlığı, şərəfsizliyi məlumdur, ancaq 2-ci Qarabağ müharibəsində ən azı 5-6 min ölüm və ondan 2 dəfə çox yaralısı-şikəsti və s. olan cəmi 2-3 milyonluq millət üçün bu çox böyük rəqəmdir və müharibədən heç 6 ay keçməmiş erməninin baş qaldırması ancaq və ancaq kremlin proqramının tərkib hissəsidir, yoxsa 1999-cu il rrmənistan parlamentindəki vəziyyəti yaradıb istənilənləri məhv edər Moskva...
Elçin müəllimin planını dəstəkləyirik! Yaxşı plandır, ağıllı plandır! gərək bu plan həyata keçirilsin!
Azərbaycan öz mövqeyini qorumaq üçün ilkin olaraq Putinin göstərişi ilə formalaşdırdığı Baş qərargahı təcili surətdə Türkiyə təhsili almış zabitlər hesabına möhkəmlətməlidir.Rusiyanın kadrları Müd.nazirliyindən uzaqlaşdırılmalı,Rusiyaya meyilli zabitlərin hamısı istefaya göndərilməlidir.İndiki qurumla rus həmlələrinə adekvat cavab vermək olmaz.Onlar işğalçı rus ordusunun ordumuzdakı adamlarıdır.Yoxsa Rusiya,yəni, Putin bala-bala əsgərlərimizi qətlə yetirib istəyinə çatacaq.
Boş-boş bəyanat və çıxışlardan əməli işə keçilməlidir.Azərbaycanı müdafiəsiz,qoymaq cinayətdir.Türkiyə və Pakistana rsmi müraciət olunmalı və təcili işə keçilməlidir.bö
Bunu elə ilk gündən hamı duydu.Bəs bizim "uzaqgörən" hakimittət niyə indiyə kiimi susub?İş bitəndən sonra vay başım deməyinn mənaslı varmı? NiyəTürkiyə ilə hərbi-siyasi münasibətləri genişləndirməkdə gecikirik? Buna 5-ci kolon mane olduğu və buraya kimlərin daxil olduğu ortada deyilmi? Axı biz iflasa,məhvə doğru istiqamətə yönəlirik!