Menu

Yunis Səfərova ömürlük həbs cəzası verilib

16.08.2021, 17:49
Yunis Səfərova ömürlük həbs cəzası verilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov məhkəmədə son söz deyib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərov son söz deyərkən, əməlindən peşman olmadığını bildirib:

"Hansı cəzanı istəyirsiniz, verin".

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdandan sonra hökm elan edilib. Hökmə əsasən Y.Səfərova ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib.

Şərhlər

Türk 2021-08-16 22:07:01

Indi Yunisi düşmən elan etdilər. Və kimlər. Ancaq o milli qəhrəmandır əs təmiuz qanlı Azərilərin qəlbində. Azərilərin haaaaaaaa

Seyid Ənhu 2021-08-16 21:21:59

YUNİS GƏNCƏ ƏHLİNİ ZÜLM VƏI İSTİBDADDAN XİLAS ETMƏKLƏ MİLLƏTİMİZİN ZEHNİNDƏ ÖZÜNƏ HEYKƏL QURUB. GÖRƏK SİZLƏRDƏ DƏ BELƏ BİR MƏRD OĞUL VARMI? SİZ KOL DİBİNDƏN ATƏŞ AÇIB QAÇA BİLİRİNİZ.

t.ədalət 2021-08-16 20:39:06

Yunis Səfərov qanunların öldüyü gəncədə haqqın bərpasına çalışdı.Xalq bir zalımın zülmündən qurtuldu.Həbs olunsa da adını xalqın sevdiklərinin siyahısına saldı.Tanrı köməyi olsun!

Eli 2021-08-16 19:32:24

Demek isteyirem ki ,zerer börmüş tereflerin yeni heç bir günahları olmayıb kş bu cavanlat birddn nire bele bir facieler tçredib hem özlerin hem de başqalarını bedbextvedibler axı bü işde görün ne qeder aileler üşaqlar uzün iller bu acıların tesir altında yaşayacaqlar heyatları mehv olacaq Axı bızi. fövlet memurları- nazirler icra başçıları be s.heç de melek deyiller ve bu günde onların bir neçesi hebsdedit ve mehkemrnin qerarını gözleyirler yüzlerle dövlet memurlar var ki bu hün de öz keflerindedir heç ne vecletime deyil yeni vetendaş mövqeldtini itirmiş şnsanlardır.Mence bu meselelerde bir cemiyyet olaraq hamımuz günahkarıw heç kim yaxasını kenara çekmesin çünki misal var:Qanan qanmayama borcludur.

Eli 2021-08-16 19:19:21

Qanun pozulub mütleq ceza verilmelidir özü de dövletçiliye tehlüke varsa dsha sğır cezalar tetbiq olunmalıdır ki ,bu aksiomadır ki,isbata ehtiyac yoxdur özü de dövletçiliyin bele hessas öeqamında ki,dörd terefden bedxah qonşularla ehate olunmuşuq.Bir İranı göstermek kifeyetdir ki 40. million azerbaycanlı yaşayır smma fars molla rejimi açıq aşkar xristian ermeni rus birliyine dayanmadan açıq açığına kömek edir.Bu cavan uşaqlar ömrünün bu çağında ömürlğk hebse mehküm edilirler.Yeni demek isteyirem ki,bele bir facieye sebeb olan amllerin emele gelmesinde nir dövlet cemiyyet ve millet olaraq bizim yeni hsmımızın heçbir günahı yoxdur yoxsa biz hamımız meleklerik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol