Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə Kəlbəcər və Laçına səfəri çərçivəsində daha bir neçə infrastruktur layihəsinin təməli qoyulub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Kəlbəcər və Laçın rayonlarından paylaşımlar edib.

Birinci vitse-prezident yazıb:

"İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"