LAVROVDAN TƏXRİBAT XARAKTERLİ ADDIM - Beynəlxalq yük daşıyıcılarını Qarabağa çağırıb

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını(BADA) Qarabağa dəvət edib.

“AzPolitika.info” xəbər verir ki, Lavrovun BADA təmsilçilərini “Dağlıq Qarabağa diqqət yetirməyə” çağırdığı görüşdə səsləndirdiyi fikirlər xüsusilə erməni mətbuatında geniş şəkildə işıqlandırılıb.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, sözügedən ərazidə yol infrastrukturunun bərpası prosesi gedir. O, bildirib ki, bu prosesin məhz Rusiyanın iştirakı ilə gerçəkləşməsi lazımdır.

Sanki bu ərazilərin “ev sahibi” kimi çıxış edən Lavrov deyib: “İndi orada yol infrastrukturunun bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə diqqət yetirmənizi xahiş edirəm. Bu, məncə açıq iqtisadi gəlir gətirəcək. Ancaq bizim yaxın qonşuluğumuzdakı iqtisadi inkişafın Rusiyanın aktiv iştirakı ilə baş verməsi vacibdir.”

Xatırladaq ki, Rusiya XİN rəhbərinin bundan öncə də provakasiya xarakterli, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü sual altına alan açıqlamaları olub. Hansısa beynəlxalq təşkilatı Azərbaycan ərazilərində fəaliyyətə dəvət etmək yalnız rəsmi Bakının səlahiyyətlərinə aiddir və bunun beynəlxalq hüquqa görə Rusiya XİN-ə heç bir aidiyyatı yoxdur. 

Sözsüz ki, bunu Lavrov da yaxşı bilir. Odur ki, Rusiyanın özünün ucsuz-bucaqsız əraziləri qala-qala XİN rəhbərinin beynəlxalq yük daşıyıcılarını Qarabağ ərazisinə çağırması da növbəti provakativ xarakterli çağırış, Bakıya təzyiqin tərkib hissəsi sayıla bilər.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

sual 2021-08-18 19:39:16

..........kərtənkələ - yan qudurub ..........və “ Dağlıq Qarabağa diqqət yetirməyə ” , papuaslari çağırdığı barədə , ehtimal olunan , soz - sohbet olub ..........., bəlkə , erməniləri qohum etmək istəyir papuaslarla ????/??

Camal 2021-08-18 11:00:04

Aşığın sözü qurtaranda daley-daley deyər.. Bunlarda aşıq yoxdur - yəqin saqqızı qurtarıb...

Camal 2021-08-18 10:58:12

Aşığın sözü qurtaranda daley-daley d

Mirzə Qafarlı 2021-08-18 09:25:48

Lavrov, Atalar misalında deyildiyi kimi:"Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir".Lavrov gedib Rusiyanın xaraba qalan, boşalan yolsuz yaşayış məntəqələrində öz əhalisinin problemləri ilə məşğul olmaq yerinə , Azərbaycanın daxili işlərinə qarışır.

Camala 2021-08-17 23:13:03

Bütün siyasi aləm özünü itirib ki, kağızda dostluq, sözlərdə boş cürət? Azərbaycandan(İraq, Liviya, Suriya və Gürcüstan istisna olmaqla Ermənistan da daxil heç kəs nəinki, 30-100 ilini, heç bir qarışını da itirməyib? Dünyaya bunu söyləmək GƏRƏK? Hədəni yox?

Niyaməddin 2021-08-17 22:49:45

Tofiq Zülfüqarovun bu günkü "müsahibəsinə" tutarlı cavabdır. Tofiq Zülfüqarov həmin "müsahibəsi" ilə başımızın altına yastıq qoymağa çalışır. Dövlət və millət yatmamalı, namusumuz sayılan Qarabağımızın tamamilə bizə qaytarılması təmin olunmalıdır.

Xalq 2021-08-17 20:31:35

haqq-ədalət yoxdur heç yerdə!

t.ədalət 2021-08-17 18:12:28

Rusiya həmişə olduğu kimi bu gün də ermənilərin idarəsindədir.Lavrov-Kələntaryan və Misuştin buna misaldı...

Camal 2021-08-17 18:11:53

"Böyük"(ərazicə)dövlətlərin rəhbərləri son zamanlar danışıqlarını da, simalarını da itiriblər. Görünür dünyada son zamanlar haqq-ədalətin tədricən qalib gəlməsi bunları laxladır.

Son yazılar