ƏFQANISTANDAKI QALİBLƏR VƏ MƏĞLUBLAR - “Çin, Pakistan və İran uduşdadır, Ankara və Moskva isə...”

Məlum hadisələrdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etdi, vitse-prezident Əmrulla Saleh də ölkədən qaçdı. Əfqanıstandan qaçanlar içərisində keçmiş “ulduzlar”, 1990-cı illərin sönmüş əfsanələri Əbdül Rəşid Dustum və Əttah Məhəmməd Nur da var.

Xalq müqavimətinin lideri və “Herat aslanı” kimi tanınan Məhəmməd İsmayıl Xan isə öz şəxsi mühafizəçiləri tərəfindən taliblərə təhvil verilib və sonradan “Taliban” yaraqlılarını dəstəklədiyi barədə bəyanat yayıb.

İndi artıq Əhməd Şah Məsud kimi yeni bir döyüşçü lider tapılmalıdır ki, xalqı “Taliban” əleyhinə müqavimətə səfərbər etsin. Əslində, Əhməd Şah Məsud kimi cəsur lider elə əvvəlcədən də yox idi. Bunun özü Kabilin müdafiəsinin pis təşkil olunması səbəblərindən biridir. Əşrəf Qani rəhbər roluna qətiyyən uyğun adam deyildi. Onu Əfqanıstanda demək olar ki, heç zaman sevməyiblər. Regional elitalar, hökumətdəki nazirlər və etnik azlıqlarla onun arasında dəfələrlə açıq münaqişələrin meydana gəlməsinin səbəbi Əşrəf Qaninin nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq istəyindən qaynaqlanıb. Nə zaman ki, ”x” saatı gəlib çatdı, narazıların hamısı Əşrəf Qanini tərk edərək onu “Taliban”la təkbətək qoydular.

Beynəlxalq legitimlik qazanmaq üçün Kabildəki hakimiyyətin dinc yolla ələ keçirilməsi taliblər üçün olduqca vacib idi. Bununla taliblər Kabilə hücum etməmək barədə Qərblə aralarındakı razılığın bir hissəsini formal da olsa yerinə yetirmiş oldular.

ABŞ vətəndaşı olan Əli Əhməd Cəlalinin rəhbərliyi ilə müvəqqəti keçid hökumətinin yaradılması gözəl və incə manevrdir. Beləliklə, bu gediş hakimiyyətin sülh yolu ilə ötürülməsi görüntüsünü yaratmaqla bərabər, həm də taliblərin mötədil qanadının lideri Əbdül Qani Bəradərin başçılığı altındakı administrasiyanın legitimliyinin əsasını qoyacaq. Unutmayaq ki, Rusiya, Çin, ABŞ, Pakistan və Türkiyə daxil olmaqla bütün xarici oyunçularla danışıqları son bir neçə ildir ki, Əbdüll Qani Bəradər aparıb.

Bəli, maraqlı tərəflər Əfqanıstandakı vəziyyəti elə nizama salmaq istəyiblər ki, hər şey az-çox sakit görünsün. Strateji perspektiv baxımından ABŞ-ın məğlubiyyətə uğramasını söyləmək olmaz. Məgər qoşunların çıxarılmasının yöndəmisiz təşkili və “Taliban”ın hərbi imkanlarının düzgün dəyərləndirilməməsi amerikalıların imicinə çoxmu güclü zərbə vurur?

Ancaq Əfqanıstanda baş verənlər fonunda qlobal miqyasdakı real itkilər barədə fikir yürütmək dərin təhlilin predmetidir. Çünki sonradan hər şey aydınlaşanda və postamerika Əfqanıstanına kimin və necə girəcəyindən, orada necə qalacağından çox şey asılıdır.

Hələ ki, daha çox uduşlu start mövqeyində Çin, Pakistan və İran dayanır. Rusiya və Türkiyə isə astanada duraraq, taliblərin yeni hakimiyyətilə münasibətlərin hansı formada qurulacağı məsələsini həll edirlər.

Bu məsələdə Hindistan və Mərkəzi Asiya ölkələrinin vəziyyəti elə də ürəkaçan deyil. Belə ki, təhlükəsizlik sahəsində çoxlu qeyri-müəyyənilklər və risklər var. Bu isə onları təhlükəsizliyin nisbətən effektli təminatçıları sayılan və həmçinin də “Taliban” rəhbərliyi ilə əlaqə kanallarına malik olan Moskva, Vaşinqton, Pekin, Ankara və ya Tehran kimi mərkəzi güclərə tərəf yönəlməyə məcbur edəcək.

“Qlavred” - (Ukrayna)

Tərcümə: “AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2021-08-19 16:20:19

Talibanı birbaşa ÇİN dövləti Pakistanın əli ilə hakimiyətə gətirib,bu qədər sadalöv olmaq lazım deyil.

Amon 2021-08-18 23:02:23

Burda bir qalib var o da amerikadi zamanla herkes bunu gorecek.talibanin hakimiyyete gelemsinide amerika teskil eleyib hedef çindi

Said 2021-08-18 20:32:03

Taliban qalib, bədbəxt Əfqan xalqı isə məğlub tərəfdir. Öz xalqının qanını tökərək hakimiyyətə gələn taliban Əfqan xalqına yaxşı heç nə verə bilməz. Əfqanıstan dövləti geriyə, 19-cu əsrə qayıdacaq. Dini siyasətə qatanda inkişafdan, demokratiyadan, insan azadlığından danışmağın yeri yoxdur.

Cəmşid Dərələyəzli 2021-08-18 17:21:04

Elə bilirəm nəhayyətdə keçid höküməti legitim höküməti formalaşdırmalıdır. Artıq Əfqan xalqı da yorulub. Daha bir 50 il də mücadilə aparmaq gücündə deyil. Sadəcə kənar oyunçular çöp uzatmamalıdırlar. Qaldı Əfqanıstanın sonuncu prezidentinə, o qətiyyətsiz və siyasəti bilməyən bir ziyalı idi. Ona görə də onun qaçması da təccüb doğurmamalıdır.

t.ədalət 2021-08-18 14:45:56

Əfqanıstan məsələsində Türkiyə uduzmayıb.Stoltenberqin Türkiyəyə minnətdarlıq etməsi də bunu təsdiqləyir.

Rasim 2021-08-18 13:55:28

Səhv yanaşmadır.Niyə..?Əvvəla mənbə Ukraynanındır.Hal hazırda Ukrayna Amerikananın Əfqanıstandan necə qaçdığının səksəkəsindədir.Rusiyadan dəstək almasaydı Talibanın ciddi nailiyyəti olmayacaqdı.Dünən Rusiya rəsmi elan etdi ki.səfirliyimizi Taliban qüvvələri qoruyur.Zahirdə Amerika Mərkəzi Asiyadan sıxışdırılır.Türkiyə operativ siyasət yürütməklə vəziyyətdən faydalanmalıdır.Əfqanıstan hadisələrinin faktiki qalibi Çin və Rusiyadır.

Rasim 2021-08-18 13:32:23

Səhv yanaşmadır.Niyə..?Əvvəla mənbə Ukraynanındır.Hal hazırda Ukrayna A

Son yazılar