ERMƏNİSTANI SİLAHLANDIRMAQ RUSİYANIN “SUVEREN HÜQUQU” İMİŞ?! - Zaxarova Prezident Əliyevin iradlarına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın darmadağın edilmiş Ermənistan ordusunun yenidən dirçəldilməsi istiqamətində atdığı addımlara haqq qazandırmağa çalışıb. “AzPolitika.info” xəbər verir ki, jurnalistlər qarşısına çıxan Zaxarova Azərbaycan Prezidentinin “CNN Türk”-ə verdiyi son müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

XİN sözçüsü İlham Əliyevin Ermənistanın Rusiya tərəfindən yenidən silahlandırılmasına dair iradlarına münasibət bildirərkən, xaricə silah satışının “Rusiyanın suveren hüququ” olduğunu söyləyib.

Bu zaman Zaxarova Rusiyanın Azərbaycana da silah tədarük etməsinə eyham vurub: “Rusiya tərəfindən istər Ermənistana, istərsə də dost Azərbaycana silah tədarükü regiondakı güc balansı nəzərə alınmaqla həyata keçirilir. Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə malikdir və onunla hərbi-texniki əməkdaşlığı inkişaf etdirir.”

Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti Rusiyanın Ermənistanı silahlandırmasının heç bir məntiqə sığmadığını demişdi: “Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir...”

Zaxarovanın son açıqlamasına gəlincə, Rusiya XİN-ə xatırlatmaq gərəkdir ki, söhbət hansısa normal, sülhsevər dövlətdən yox, Azərbaycan ərazilərini zəbt etmiş və 30 il öz nəzarətində saxlayan işğalçı Ermənistandan gedir. M.Zaxarovanın barəsində danışdığı “Rusiyanın suveren hüququ”, yəni Ermənistanı silahlandırması isə Ermənistanın bu işğalının gerçəkləşməsi və uzun illər davam etməsində həlledici rol oynayıb. Bu gün də kredit adı altında işğalçı dövlətə müftə silah verilməsi onu yenidən əvvəlki ssenarilərə şirnikləndirməyə hesablanıb və Rusiyanın “sülhməramlı missiyası” ilə qətiyyən uyğun gəlmir.

Görünür, 44 günlük müharibə doğrudan da kimlərəsə dərs olmayıb və yenidən silahlandırılan erməniləri qarşıda daha böyük faciələr və itkilər gözləyə biləcəyi öz maraqlarını güdən Rusiyanı bir o qədər narahat etmir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət-ə 2021-08-22 12:27:51

Zaxarova Rusiya XİN-nin məsul işçisidir və o mətbuatda şəxs fikrini yox,ölkəsinin yuxarı rəhbərliyinin sözünü çatdırır.ONun çıxışlarına bu aspektdən yanaşmaq doğru olar.i

Vətəndaş 2021-08-22 12:23:58

Hər bir məlumata dərhal müvafiq cavab verilməlidir.Bizim XİN niyə susmaqda davam edir?.

B.Qarabağlı 2021-08-22 08:33:42

Ölkəmiz, xalqımız 33 il hərbi işğalda qaldıqdan sonra "daldan atılan daş" da Ermənistan sərhəddinə belə çatmayacaq? Nə vaxtsa buna qarşı rəsmi bir nota və ya bircə məhkəmə iddiası qaldırılıbmı? Qarabağda azərbaycanlı soyqırımı təşkilatçıları hələ də "QƏHRƏMAN" kimi azad gəzirlər?

Amal 2021-08-21 02:10:54

Belə çıxışları cavabsız qoymaq olmaz.XİN dərhal reaksiya verməlidir'

AbdRauf 2021-08-20 12:54:40

Bəs Rusiya köhnəlmiş, yararsız silahlarını başqa hara sata bilər?! ))

Şəkili 2021-08-20 06:23:21

Düşünürəm ki, Laçın dəhlizinin kəsmək lazımdı.Bu da bizim suveren hüququmuzdur

t.ədalət 2021-08-19 23:49:16

Zaxarovanın gülünc bəyanatları ilə tanış olduqca Rusiyanın nə qədər rəzil bir ölkə olduğunu görürəm.

t.ədalət 2021-08-19 23:34:44

Prezident İlham Əliyevin Rusiyaya "ötürdüyü" mesajların nə qədər ciddi olduğunu görürük.Zaxarova Rusiyanın suveren hüququ dedikdə Rusiyanın bir daha işğalçı ölkə olduğunu təsdiqləyir.Həm də ərazilərimizdə aparılan işğalçı ordunun elə rus ordusu olduğunu göstərir.Cənab prezidentin 44 günlük müharibə dövründə Rusiyanın ərazilərimizə atdığı raketlərin haqqında da danışmışdı.Hərbi qənimətlər parkındakı silahların da Rusiyaya aid olduğunu görürük.Bu müharibədə kiminlə döyüşdüyümüzün fərqində olduğumuzu Rusiya çox yaxşı bilir və buna görə narahatdır.

Niyaməddin 2021-08-19 23:24:17

Verdikləri o silahlar dönüb dolaşıb rus ayılarını da vuracaq. Bumeranq effekti...

Son yazılar