Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.
"Report"un əldə etdiyi məlumata görə, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub.


Şərhlər
Nizaməddin YAP üçün o qədər dəyərli kadr idi ki, bunu hələ indi birtəhər, xalaxətrin qalmasın öz sıralarından dan xaric edirlər? Amma sanki qəlblərində əbədi yaşayacaqlar. YAP qara geyinər.......