“EROTİK GÖRÜNTÜLƏRLƏ TƏHDİD OLUNURAM” - Əli Həsənovdan şok açıqlama + FOTO

Prezidentin sabiq köməkçisi Əli Həsənov erotik videogörüntülərlə şantaj olunduğu haqda sensasiyalı açıqlama yayıb. 

O, bu barədə sosial şəbəkələrdəki hesablarında məlumat verib. 

“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”, - Əli Həsənov yazıb.

Sabiq köməkçi onu erotik görüntülərlə təhdid edənlərdən birinin fotosunu da yayıb. “Fotoda gördüyünüz Fikrət adlı şəxs bu şəbəkə mafiyasının üzvüdür”, – Ə.Həsənov qeyd edib.

"AzPolitika"



635x100

Şərhlər

Əla 2021-08-30 08:07:36

24 il ərzində bunun guya kim olduğunu hansı oyunlardan çıxdığını bilmirdilər?! Həyat necə də bumeranq imiş!!! Öz qurduğu torların birinə özü düşüb indi.

Veteran 2021-08-25 23:32:43

Bunun yeri türmədir.Niyə azadlıqdadır?

Azəri 2021-08-25 22:12:58

Əli Həsənov özü də nadanın biridir. Ancaq istər Əli ,istər kimisə video ilə şantaj etmək düz deyil...

xalq 2021-08-25 21:21:01

Alçaqlara kar yağıyor - üşümədinmi? sən bu işin sonunu düşünmədinmi?

esger 2021-08-25 14:36:42

Atalar sözü Adam var ki, adamların naxşıdır, adam var ki, heyvan ondan yaxşıdır

esger 2021-08-25 14:28:19

Necədə zəif, aciz görünür bu insan Bu cırılmış soroçka şalvar olan adamlar ömür boyu acgöz olacaqlar

Roma 2021-08-25 13:42:41

t.ədalət adı ilə yazana: Sizin şərhləri daim oxuyuram və əsasən razılaşıram...ancaq indi yazırsınız ki, "Hörmətli Əli müəllim,vaxtı ilə belə şantajlarla siz özünüz də məşğul olmusunuz." axı Əli Həsənova "hörmətli" demək nə dərəcədə düzdür???..Xalqın, Millətin pulun tar-mar edən adama hörmətli kəlməsi düşmür, bu bir, 2-cisi onun professor adı ləğv olunmalı, özünə cinayət işi açılmalı, həbs olunub azı 15 il həbsxanaya salınmalıdır...

Roma-ya 2021-08-25 13:29:13

Utanmaq üçün tərbiyəli,pozulmamış üz lazımdır.Bunda utanassı üz olsa idi çoxdan özünü asardı....Bunlar mənlıksiz .......

Vətəndaş 2021-08-25 13:26:21

Onun nəyini şantaj edisiniz?Onun korrupsiya ,obyekt.əmlaklarının necə əldə etməsi kifayət deyil ki.onu həbsxanaya atsınlar?...Kadr seçiminin vəziyyəti Əli Həsənov misalında ortadadır!

Roma 2021-08-25 11:09:43

Sahid adı ilə yazana: Bəli, Əli və Əli kimilər çoxdur, həmin illərdə saroçka yeyilmiş olub, ancaq indi hər birinin var-dövləti yalan olmasın Azərbaycanın illik büdcəsi qədərdir, özü də "alın təri" ilə qazanıblar, heç utanırsan Əli Həsənov...

t.ədalət 2021-08-25 10:26:47

Hörmətli Əli müəllim,vaxtı ilə belə şantajlarla siz özünüz də məşğul olmusunuz.

Famil 2021-08-25 04:42:51

Gor bu vezifede kimler isdiyir?

Sahid 2021-08-25 00:17:06

1995- ci ildə Əli Həsənovla bir tədbirdə birlikdə idik. Əynindəki saroçkanin boynu yeyilmişdi..

Son yazılar