Menu

Azərbaycanın voleybol millisi sonuncu oyunda da məğlub olub

25.08.2021, 21:40
Azərbaycanın voleybol millisi sonuncu oyunda da məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

A qrupu

Azərbaycan - Fransa - 1:3 (19:25, 28:26, 11:25, 18:25)

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma qrupu sonuncu - 6-cı pillədə başa vurub.

Şərhlər

Bəhmən Rzayev 2021-08-25 23:35:21

İdman və gənclər Nazirliyinin işi yenidən qurulmalı,alverçilər,kxarocdən zəif ,ucuz idmançıları cəlb edib büdcəni soyanlar orafdan uzaqlaşdırılmalı və onlardan hrsabt tələb olunmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol