QƏRBİN ERMƏNİSTANLA ORTAQ BLEFİ... - Rusiya təcavüzkarlığı barədə niyə heç kim danışmaq istəmir?

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanı sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı sürətli addımlar atmağa çağırıb. O, paralel olaraq Minsk Qrupu çərçivəsində danışıqların bərpa olunmasına tərəfdar olduğunu, Azərbaycan tərəfindən konkret təkliflər gözlədiyini deyib.

Paşinyanın bu bəyanatına ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi dəstək ifadə edib. Diplomat Qarabağ münaqişəsinin tənzimlənməsinə bir daha çağırış edib və bu dəfə bölgənin statusu məsələsini qaldırıb. ABŞ səfiri Ermənistan ictimai telekanalına bunları deyib: “Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə tənzimlənməyib, belə ki, Dağlıq Qarabağın statusu hələ də müəyyən olunmayıb. Biz Minsk Qrupunun həmsədri qismində işləyərək vəziyyətin eskalasiyasını azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, həllini tapmamış məsələlərə, müharibədən sonrakı vəziyyətə baxmaq və qalan məsələlərin yekun həllinə nail olmaq mümkün olsun”.

Linn Treysi

Azərbaycan Prezidenti İlham Əliyev isə münaqişənin artıq həll olunduğunu və status məsələsinə baxılmayacağını dəfələrlə bəyan edib. 

Dövlət başçısı BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bu cür çağırışlara növbəti dəfə cavab verib. O, Minsk Qrupunun egidası altında danışıqların yendən başlanması cəhdlərini də qəbul etməyib: "...Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk Qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik".

N.Paşinyanın danışıqlara hazır olduğunu və Azərbaycandan təklif gözlədiyini deməsi, yumşaq desək, blefdir, əlbəttə, onun özü də bunun reallaşacağına inanmır. O, sadəcə Qərbin bu məsələdəki mövqeyi ilə həmrəylik nümayiş etdirib, Azərbaycana qarşı daha ciddi təzyiq formalaşdırmağa cəhd edir.

Əslində bu məsələdə Baş nazirin vəziyyəti kifayət qədər qəlizdir. Çünki Ermənistan Qarabağ üzərində əvvəlki mövqeyini tamamilə itirib. Ortalıqda sadəcə ritorika var. Paşinyan istəsə belə, bölgə ilə bağlı hər hansı məsələdə müstəqil qərar verib, onu icra edə bilməz.

Bu gün İrəvan Xankəndindəki prosesləri nəinki idarə edir, ümumiyyətlə heç Rusiya ilə ortaq siyasət həyata keçirmək iqtidarında da deyil. Amma həm Moskva, həm də İrəvan Ermənistanın köhnə siluetini prosesin önündən asıb, görüntü yaratmağa çalışırlar.

Əlbəttə, Rusiya-Ermənistan əlaqələri, strateji müttəfiqliyi davam edir. Rusiya rəsmilərinin bəyanatlarından da görünür ki, müharibədə məhv edilmiş erməni ordusunun bərpası və "regionda güc balansının saxlanması" üçün əllərindən gələni etməyə çalışırlar. 

Qərb də Minsk Qrupunu aktivləşdirməyə çalışmaqla oyuna qayıtmağa cəhd edir, çünki hazırki situasiyada ABŞ və Fransanın real situasiyaya təsir imkanları yoxdur. Hər şey Moskva tərəfindən diktə edilir və həyata keçirilir. Bu vəziyyəti Azərbaycanın köhnə formatın bərpasına razılıq verməsi belə dəyişə bilməz. Çünki hazırda Minsk Qrupunun bərpasına neytral mövqe sərgiləyən Moskva, o zaman müxtəlif bəhanələrlə Paris və Vaşinqtonun prosesə qayıtmasına imkan verməyəcək.

Əlbəttə, Azərbaycan öz mövqeyində tam haqlıdır, çünki ötən 29 ildə Minsk Qrupundan, xüsusən Qərbdən ədalətli mövqe görməyib. Həm ABŞ, həm də Fransa birtərəfli qaydada Bakını reallıqla barışmağa çağırıb, separatçı ermənilərə ikinci dövlət qurmaq imkanı yaratmağa çalışıb. İndi 44 günlük müharibədən sonra yeni reallıq yaranıb, Azərbaycan işğalda olan torpaqların əsas hissəsini azad edib. Reallıqla barışmaq Qərbin münaqişə tərəflərinə əsas tövsiyəsidirsə, bu dəfə İrəvana təzyiq göstərsin. Yaxud Bakıya açıq məntlə bildirilsin ki, Minsk formatında danışıqlar ancaq Azərbaycanın ərazü bütövlüyü və suverenliyi çərçivəsində aparılmalıdır. 

O zaman yəqin ki, Azərbaycanın etirazı olmaz. Paşinyanın sərhədlərin delimitasiyası və demarkasiyası haqqındakı bəyanatı da reallıqla o qədər də səsləşmir. Əlbəttə, o çalışır ki, bu məsələni Qarabağ mövzusu ilə ayırsın, amma daşların hamısı artıq Rusiyanın ətəyindədir. Moskva Azərbaycan və Ermənistan arasındakı bütün məsələlərdə arbitr rolunda çıxış edir. Sərhədlərin dəqiqləşdirilməsi də Rusiyadan asılıdır, xəritələr bu ölkədədir, bununla bağlı üçtərəfli komissiya da yaradılıb. Amma aylardır niyə iş getmir?

Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Bakı açıq mətnlə tələb edir ki, ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. O zaman həm sərhədlər, həm də bütün yolların açılması ilə bağlı real addımlar atıla bilər. Əslində etibarlı sülhün yaradılması üçün beynəlxalq qaydalara uyğun olaraq dövlətlər BMT prinspilərinə hörmət etməlidirlər. Paşinyan bunu niyə etmir və ya edə bilmir?

Azərbaycan hazırda Qərbin və Ermənistanın uzlaşan ritorikasının boş, mənasız, reallığa uyğun olmayan blef olduğunun fərqindədir. Çünki problemin davam etməsinin sadə bir səbəbi var: Rusiya Qarabağın bir hissəsində əyləşib münaqişənin tam həllinə imkan vermir. Ermənistan ona dəstək verir, Qərb də Moskvanın regionda destablizasiyaya xidmət edən siyasətinə qarşı susub.

O zaman Azərbaycan nə etməlidir? Postsovet məkanında münaqişələrdən anklavlar düzəldən təcavüzkar Rusiyaya qarşı müharibə etməlidir? Əlbəttə ki, yox! Gözləmək lazımdır...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-08-27 11:55:44

Məncə məsələ olduqca incə siyasət tələb edir və Ali Baş Komandan bu incəliyi hamıdan yaxşı bilir, bu məsələdə Xalq, millət olaraq hamı Prezidentə dəstək verməlidir, ən radikal müxalifət də... inanın ki, dünyada erməni qədər alçaq, şərəfsiz, sözlə ifadəsi olmayan belə naqis bir millət yoxdur...

Niyaməddin 2021-08-26 17:44:48

Gözləmək, səbr etmək düşmənin gücünə güc qatır. Hər sahədə bunlara müqavimət göstərməliyik. Türk ordusu Azərbaycana daxil olmalıdır. Türk hərbi bazaları dərhal Azərbaycanda qurulmalıdır, dərhal!

Xalq 2021-08-26 16:06:02

minsk qrupu mövcud reallıqla barışmalıdır! Heç bir statusdan söhbət belə gedə bilməz! Tam ərazi bütövlüyümüz tanınması şəklində danışığa getmək olar!

B.Qarabağlı 2021-08-26 15:10:02

Münaqişənin həllinə səlahiyyət alanların əksəriyyəti, ya qanlı hərbi işğaldan xəbərsizdir, ya da ədalətsizcə işğalçıların mövqeyini müdafiə edirlər

Son yazılar