Menu

“Taliban” müqavimət qüvvələri ilə razılaşdı

26.08.2021, 14:02
“Taliban” müqavimət qüvvələri ilə razılaşdı

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, razılaşmaya əsasən, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər.

Bildirilib ki, razılaşmanın Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə vilayət olan Pəncşirdə toqquşmaların qarşısını alması gözlənilir.

Qeyd edək ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol