Menu

Binəqədidə "patı" satan qadın saxlanılıb - VİDEO

27.08.2021, 11:54
Binəqədidə "patı" satan qadın saxlanılıb - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən verilən məlumaat görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub. Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib və Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Mahir 2021-08-27 12:31:12

İnsanların işlə təmin olunması ilə məşğul olmaq vacibdir.Yoxsa qadın bu yola əl atmazdı.Niyə bir toxuculuq.tikiş, qənnadı,corab və bu kimi zavod-fabrikləri açmağı düçünən başlar qeybə çəkilib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol