Menu

"Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb" - KİV

27.08.2021, 17:58
"Ermənistan MTX azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlayıb" - KİV

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Xidməti azərbaycanlı sərhədçiyə hücum etmiş erməni hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı operativ axtarış tədbirlərinə başlayıb.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəd zastavalarından birində hücum barədə Ermənistan tərəfini məlumatlandırıb.

“Hazırda Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında operativ araşdırma və axtarış tədbirləri həyata keçirirlər”, - Ermənistan MTX-nin Mətbuat Xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, avqustun 25-də iki erməni hərbçi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevə süngü bıçağı ilə hücum ediblər. Hadisə “Qubadlı” əlahiddə sərhəd diviziyasının Gorus-Qafan yolunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən məntəqəsinin ərazisində baş verib. Sərhəd qulluqçularının köməyə gəldiyini görən erməni hərbçilər qaçıblar. Hazırda yaralı əsrgərin həyatı üçün heç bir təhlükə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol