TOYLARLA BAĞLI YENİ QƏRAR VERİLDİ - Baş nazir Nazirlər Kabinetinin qərarında dəyişiklik edib

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Qeyd edək ki, daha əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlikdə iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Həmçinin qərarda qeyd olunub ki, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

Daha əvvəl qeyd olunan nəzarət tədbirləri həmin qurumlar tərəfindən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində keçirilirdi.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-08-28 17:33:22

"böyük qərardı" Ona görə ki, xəstəliyin sürətlə dinamikasının qalxması qarşılığında belə bir qərar başa düşülən deyil

Helime 2021-08-28 15:59:25

Gunde bir qerar verin, yeni -yeni sheyler fikirleshin, onsuzda xeyri yoxur. Hamisi bosh sheydir. Xesteliyi yayan(belasini alsin) ,bu sheylerin hamisini nezere alib. Peyvend olunanda, olunmayanda, immun pasportu olsada, olmasada, qanda yuksel antitel olan da, hami acizdir. Hami yoluxur, xestelenir, ya olur, ya qalir. Belarus ilk gunden barmaqarasi yanashdi bu meseleye , ne oldu? Eynile bizdeki veziyyetdir. Ona gore, besdirin, adamlarin esebleri ile oynadiniz, ora olmaz, bura olmaz, ishe olmaz. Biabirci avtobuslarda peyvend ve s. Sadece , gulunc

Son yazılar