İRAN ERMƏNİSTANI YENİ YOL ÇƏKMƏYƏ ÇAĞIRIR – Gorus-Qafan yolunun bağlanmasına reaksiya

Gözlənildiyi kimi, İran da Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib.

Səfirliyin adından Ermənistan mətbuatında yayılan məlumatda deyilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində problem yarandığını bildirir: “Təəssüf ki, iki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb... Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən (yolun bağlanmaması nəzərdə tutulur-red.) həll olunacaq.”

İran səfirliyi həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırır: “Biz ümid edirik ki, Gorus-Qafan marşrutuyla bağlı mübahisələrin həlli üçün aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”.

Göründüyü kimi, İran yenə də təkcə Ermənistanla əlaqələrin deyil, xüsusilə “əziyyət çəkən” erməni vətəndaşların qeydinə qalır. 

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-08-30 14:43:57

Allah Milli şairimiz Şehriyara qeni qeni rehmet elesin ki, deyerdi:Övladların ne vaxtdadek terki veten olacaqdır .Dur ayağa ya azad ol ,ya tamam yan Azerbaycan.

Şəkili 2021-08-29 19:45:19

Siz farslar həmişə olduğu kimi yenə də ermənilərə tərəf danışdınız.Bəs hanı Allah şükürün təriflədiyi ırannın dini və siyasi liderlərinin bu qlobal dünyada müsəlman qardaşının təəsününü dəstəkləmək.Allah özü haqq eliyə.Sizə inanlar sizlər ağılda olR

İranın 5-ci koloniyasina dair 2021-08-29 12:18:51

Hörmətli redaksiya, Indiyədək Rusiyanın Azərbaycandakı beçinci koloniyasından çox bəhs edilmişdir. Biz İranın Azərbaycandakı tərəfdarları haqda danışdıqda beş-üç nəfər dini radikalı sadalamaqla kifayətlənirik. Həqiqətdə isə İranın Azərbaycan ərazisində çox geniş şəbəkəsi vardır. Bu şəbəkə Azərbaycanın ali dövlət idarələrinə də sirayət edə bilmişdir. Əgəd iqqətlə fikir vermisinizsə, Azərb aycanın İranla münasibətlərində Azərbaycan tərəfində Xalaf Xalafovun adı tez-tez çəkilir. Bu da təsadüfi deyildir. İran məsələsində heç bir ekspert bilgisi olmasına baxmayaraq, Xalafova bu sahə həvalə edilib. Xalafov isə bu sahəni tam monoployasına alıb. İranla bağlı azacıq tənqidi fikir bildirən hər kəs dərhal neytrallaşdırılır, sıradan çıxarılır. Xalaf muallim İran haqda yalnız xoş sözlər eşitmək istəyir. Sanki Xalaf müəllim Azərbaycanın deyil, İranın xarici işlər nazirinin müaviniymiş... Bu günlərədək İrandakı səfiri Bünyad Hüseynov da onun qohumu və yetişdirməsidir. İranda çox uğurlu fəaliyyətinə görə geri dönər-dönmz İran məsləsini yenidən oan həvalə etdilər.... Bu müəslənin ciddiliyini düşünün və diqqət mərkəzində saxlayın... Mammedyorov getdi, onun sevimlisi Xalafov hələ də iş başındadır....

Roma 2021-08-29 11:16:52

Boş şeydir, İran lap 10 dənə də yol çəksə xeyri yoxdur. Allahşükür Paşazadəyə, "möhtərəm şeyx həzrətlərinə" deyək, İranın dini lideri bir Fətva verər və onnan da erməninin məsələsini həll etmiş, yəni erməniyə "Yoloçnu" paz vurmuş olacağıq...

Eli 2021-08-29 00:38:11

Dünya ermeni lobbisi dünya cristian dövletleti daha doğrusu dünya Türklerinin düşmenleri fars şovinşminin hakimiyyetde olanlarının eliyle ele bir ince siyaset aprırlat ki,dünya desin ki buyurun baxın:erazisinin 75%- i ve ehalisinin de 40 öilionu İranda yaşayan ve böyük vezifeler tutan azerbaycan bir millet olaraq 30 il Ermenistanla müharebe aparan 20% torpaqlarını iyiren 1 million qaçwını olam 10 millionluq qardaşlarına yox mehz eröeniler kömek edir.Buyurun qiymet verin görün dünyada ikinci bele bir millet vat.

Qoca Molla 2021-08-28 15:20:52

Bu da Molla rejimi. Cənab Prezident, deyirəm Cöhraqanlını Amerikadan Bakıya da olmasa Türkiyəyə çağırmağın zamanı yetişməyibmi?

Son yazılar