BU CƏRİMƏLƏRİ ÖDƏMƏYƏNLƏR AXTARIŞA VERİLƏCƏK - DİN-dən açıqlama + VİDEO

Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər. Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

“İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarını pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Yəni 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək. Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”, - deyə o bildirib.

635x100

Şərhlər

aqil 2021-08-30 23:00:56

Gürcüstan Dövləti cərimələri ləğv edib. Yəqin özlərini gözə soxmaq istəyirlər ya da bizim acığımıza edirlər.

RR 2021-08-29 20:23:24

Milletden cerimeni yiqin , bayramli kimilerde villa tikdirsinler , yaxshi ?

Vətəndaş 2021-08-29 18:01:48

He, olmasa kasıb əhalinin dünyanın bu pis vaxtında,insanların yaşamaq uğrunda mübarzə apardığı bir vaxta insanlar üçün heç olmasa indi bir xeyiexah iş görün də. Ay məmurlar siz də bu millətdənsiniz də. Bəlkə elə deyil?

Farid 2021-08-29 17:00:00

millətin yeməyin əlindən almayın

əhali 2021-08-29 16:40:31

Azərbaycan xalqınan nə ist'əirsunuz? Nəvermisiniz ala bilmirsiniz? Elə cərimə-cərimə! Həya abır da yaxşı şeydr.Qurtarın bu məzhəkəni!

t.ədalət 2021-08-29 15:15:06

Cərimə yazılanların əksəriyyəti kasıb,iş yeri olmayan və bir tikə çörəyə ehtiyacı olanlardır.Onlar pulu hardan tapıb ödəyəcəklər?Çoxu da keyfiyyətsiz müalicə səbəbindən ölüb.Belə yerdə adamın yadına "Keçi can hayındadır,qəssab piy axtarır" məsəli düşür...

sahib 2021-08-29 14:20:53

insanlara yalandan cerimelerde yazilir.sexsen menim xidmetle bagli 24 saat cixis icazem olmgima baxmayaraq baremde cerime tedbiq olunub.hansiki hecbir yerde ne saxlanmamisam nede pratakol tedbiq olunmayib.cerime yazan meni yuxusişnda gorum cerime yazib.

Son yazılar