ŞUŞADA “QARABAĞ” HOTELİ AÇILDI - Prezident və Birinci xanım iştirak ediblər + FOTOLAR (Yenilənib)

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.

17:47

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

635x100

Şərhlər

Rasim 2021-09-01 14:30:39

Şuşada sürətli quruculuq işləri təqdirə layiqdir..burda bir mesajda var : sizin 30 ildə dağıtdığınızı biz 1 ildə bərpa etdik..biz amacımız quruculuq abadlıqdıı

Mübariz 2021-08-30 11:00:25

İnaşallah davamlı olar!

Cəmşid Dərələyəzli 2021-08-30 09:28:40

Qarabağın işğaldan azad olunması ilə amacları suya düşənlərin, son çırpıntılarında - "Qarabağ alınmayıb", "İlham Əliyev Putinlə sadəcə oyun oynayır", "Xankənti satılıb", " İlham Əliyev Rusları Azərbaycana gətirdi", "Xankəndində Ruslar filan-filan şeylər tikir", "Bəs təzminat ne oldu" və s, və s. kimi ürək bilandıran fikir söyləyənlərə ən tutarlı cavab. Bax beləcə sevinenler sevinəcək, sevinmeyənlər isə beləcə kahr olub gedəcəklər. Keçən il bu zamanlar bütün bunlar xeyal iken və alnımızdakı utanc ləkısindən başımızı dik tuta bilmrken, bu gün bu olanlar bizleri mutlu edir ve bu qüruru, bu sevinci bizə yaşadan Ali Baş Komandan başda olmaqla, Muzaffar Azərbaycan orusuna çox sağol deyir və vətən torpaqlarının geri qaytarılmasında şəhadət şərbətini içərək, qanları ile destan yazan şəhidlərimizin ruhları qarşısında isə baş əyirik. Bu qələbədə yanımızda başda qardaş Türküyə olmaqla Pakistana İsrailə isə şükranlarımızı bildiririk. Allah Türkə yar olsun!

Seyid Ənhu 2021-08-29 23:12:38

Mübarək olsun.

Son yazılar