Maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin həcminin artırılması məsələsinə münasibət bildirib
“Qafqazinfo” xəbər verir ki, Samir Şərifov bildirib ki, ayrılan ipoteka məbləği keçən ilin səviyyəsindədir: “Bu da 40 milyon manat təşkil edir. Dövlət büdcəsinin gəlirləri prinsip etibarilə azalıb. 600 milyona qədər vəsait əmək haqlarının pensiyaların və sair artımı üçün nəzərdə tutulub. Hər bir artım üçün onun maliyyə mənbəyi müəyyənləşdirilməlidir. Kommersiya ipoteka sistemi inkişaf etməlidir. Bankların verdiyi faiz dərəcəli azalmalıdır”.


Şərhlər