Menu

Mahir Emreli Polşada Azərbaycan əsgərinə hərbi salam verdi - FOTO

31.08.2021, 16:31
Mahir Emreli Polşada Azərbaycan əsgərinə hərbi salam verdi - FOTO

Polşanın “Legiya” klubu milli komandalara dəvət alan altı futbolçusunun fotosunu paylaşıb. Paylaşım Varşava təmsilçisinin rəsmi “Instagram” səhifəsində dərc edilib.

Diqqət çəkən məqam Polşa klubunun Mahir Emrelinin Azərbaycan Respublikasının bayrağı fonunda Azərbaycan əsgərlərinə hərbi salam verdiyi fotosunu dərc etməyidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol