Menu

Estoniyada yeni prezident seçilib

31.08.2021, 17:37
Estoniyada yeni prezident seçilib

Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Karisin cəmi 5 səsi çatmayıb.

Qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl 2 dəfə prezident seçilmək hüququ var.

Şərhlər

B.Qarabağlı 2021-08-31 22:27:24

Bicnesmenin, sahibikarın, nazir, şoumen, ya sözbaz siyasətçinin deyil, əsl intelligentin prezident seçilməsi ölkə məclisinin və seçicilərin dövlət-ümumxalq işinə ciddi məsuliyyətlə yanaşmalarının təzahürü deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol