“BÖYÜK QEYRİ-MÜƏYYƏNLİKLƏ ÜZ-ÜZƏYİK...” - Koçaryan Qarabağda qalan ermənilərə yalvarır

Qondarma rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı Ermənistanın sabiq prezidentləri, hərbi canilər-  – Robert Koçaryan və Serj Sarqsyan Qarabağda yaşayan ermənilərə müraciət ünvanlayıblar.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, yenə erməni xalqının “qəhrəmanlığından”, “müstəqillik savaşından” və s. dəm vuran hərbi canilər 44 günlük müharibədəki məğlubiyyətə görə hazırkı hökuməti ittiham ediblər.

Sarqsyan deyib ki, Ermənistan bu müharibədə qalib gələ bilərdi(?), lakin hakimiyyətin fərasətsizliyi, bacarıqsızlığı və erməni milli maraqlarını satması onları acı məğlubiyyətlə üz-üzə qoydu.

Koçaryan isə Qarabağ ermənilərinə müraciət edərək, onları yaşadıqları yerləri tərk etməməyə çağırıb: “44 günlük müharibədə “artsax”(Qarabağ-red.) olduqca ağır itkilər verdi və hazırda böyük qeyri-müəyyənliklə üz-üzə qalıb. Onun “dövlətçiliyinin” saxlanmasının yeganə yolu sizin öz torpaqlarınızda yaşamaq iradənizdir...”

Göründüyü kimi, əli günahsız azərbaycanlıların, eləcə də öz xalqının qanına batan Koçaryan hələ də Qarabağda qalam ermənilərə yaşadıqları əraziləri tərk etməmək üçün az qala yalvarır. Hər zaman Moskvanın qulbeçəsi olan bu cani yaxşı anlayır ki, regionda gərginlik ocağının saxlanması və rus “sülhməramlıları”nın orada qalması üçün ermənilərin Qarabğdakı əraziləri tərk etməməsi həyati əhəmiyyət kəsb edir.

Lakin nədənsə erməniləri hər cür əziyyətə, həyati təhlükəyə, yoxsulluğa, rus köləliyinə qatlanmaq bahasına da olsa Qarabağdan çıxmamağa çağıran Koçaryanın həm özü, həm də yaxın qohum-əqrəbası “Qarabağ klanı”na aid olmalarına baxmayaraq, orada yaşamaqdansa İrəvanda kef çəkməyi üstün tutublar.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Eli 2021-09-02 15:47:40

Bu çaqqal Koçaryan qeyri müeyyenlik deyende bir şeyi mezerde tutur:köhne”qucaqlar” bunları qebul etmir yeni şert qoyur bunların qarşısında,teze “qucaqlar” axtarışı da tam başa çatmayıb.Qeyri müeyyenlik budur.Çünki bunlar kişi olsaydılsr tarix boyu kişi kimi vruşardılar ax bu heç vaxt olmayıb bunlar ya rusun ya ingilisin ya fransızın ya da amerkanlının qucağında oturanda”kiş olurlar nece ki bu gün konkret rusun qucağındadırlar ancaq bu da onlara kömek etmeyecek rus bu defe qarşısında tek bizi yox Türkleri de görür ve bu ds ermenilerin ve rusların arzusunu üreyinde qoyur.

Roma 2021-09-02 14:47:02

Bu əclafın sifətini görəndə əsəbləşirəm. Belə ki, bu, serjik, vitali balasanyan bu 3-ünü mənə verələr, aparıb "paxlavaya" qonaq edərdim. Necə ki, bir erməni qadınını tutub gətirib kabab, paxlavaya qonaq etmişdilər. Nə qədər Don Kixotluq etsək də ermənini dəstəkləyənlər çoxdu....

Son yazılar