BAYDEN-ZELENSKİ GÖRÜŞÜ MƏYUSLUQLA BİTDİ - Qlobal güclər anlaşıb?

"ABŞ Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməyə davam edir".

Bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.

Qeyd edək ki, iki ölkə liderinin görüşü iki saatdan çox çəkib. Amma ənənəyə zidd olaraq prezidentlər jurnalistlərlə görüşməyib. Ağ Evdə adətən, görüşün ardından birgə mətbuat konfransı təşkil olunur.

Görüşün sonunda Ağ Evin yaydığı birgə bəyanatda bildirilib ki, Ukrayna demokratiya və avtoritarlığın mərkəzindədir və ölkədə demokratik institutların möhkəmlənməsində, korrupsiya ilə mübarizədə uğurlu nəticələr əldə ediləcəyinə inanırlar. Bəyanatda ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi və Ukraynanın yanında olduğu vurğulanıb: "21-ci əsrdə millətlərin sərhədləri zorla yenidən tərtib etməsinə icazə verilmir. Rusiya Ukraynada bu əsas qaydanı pozub. Müstəqil ölkələrin öz qərarlarını vermək, öz ittifaqlarını özlərinin seçmək hüququ var. ABŞ Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə görə məsuliyyət daşıması üçün çalışmağa davam edəcək".

Bəyanatda vurğulanır ki, ABŞ Krımın ilhaqını tanımır və heç vaxt da tanımayacaq, eyni zamanda Ukraynanın şərqindəki münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyir.

Sənəddə bildirilir ki, ABŞ və Ukrayna arasında strateji müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə və müdafiə sənayesinin həyata keçirilməsi kimi prioritetlərin inkişaf etdirilməsinə zəmin yaradan Strateji Müdafiə Çərçivəsi üzərində işlər yekunlaşdırılıb.

Bəyanatda göstərilir ki, ABŞ Ukraynanın NATO-ya qoşulmaq istəyi ilə yanaşı Ukraynanın öz gələcək siyasi kursu ilə bağlı hər hansı kənar müdaxilə olmadan müstəqil qərar vermə hüququnu dəstəkləyir.

ABŞ bildirib ki, 2014-cü ildən bəri Ukrayna qüvvələrinə dəstək üçün 2,5 milyard dollar yardım edib və Rusiya təcavüzünə qarşı daha təsirli şəkildə müdafiə oluna bilinməsi üçün Ukraynaya 60 milyon dollarlıq yeni hərbi yardım paketi veriləcək.

"Ukrayna öz gələcəyini seçmək və milli tarixinin qövsünü Ukrayna xalqı üçün daha böyük ədalətə və fürsətə doğru əyməkdən ötrü iqtisadi cəhətdən güclü olmalıdır", - bəyanatda vurğulanır. Sənəddə bunun üçün maliyyə, bank, ticarət sektorundakı zəruri islahatlardan bəhs edilir.

ABŞ və Ukrayna Avropanın enerji təhlükəsizliyinə təhdid hesab etdiyi "Şimal Axını 2" -yə qarşı çıxmağa davam edir. Bəyanatda deyilir ki, ABŞ enerji tranzitinin bu mərhələsində Ukraynanın tranzit rolunu və təchizat təhlükəsizliyini qorumaq, o cümlədən Kremlin enerjidən geosiyasi silah kimi istifadəsinə mane olmaq üçün qanunverilicilikdə və energetika diplomatiyasında nəzərdə tutulan tədbirlərin davam etdirilməsi niyyətindədir.

Qeyd edək ki, ABŞ-ın Rusiyanın Ukraynadan yan keçməklə Avropaya qaz nəqlini həyata keçirən "Şimal axını-2" layihəsinə qarşı sanksiyaları aradan qaldırması Kiyevin ciddi narazılığına səbəb olub. 95 faizi tamamlanmış layihə Ukraynanın tranzit əhəmiyyətini azaldır və onun ererji təhlükəsizliyinə ciddi təhdid yaradır. Kiyev uzun müddət bu imkandan yararlanaraq həm Rusiyaya, həm də Avropaya təzyiq edərək daha aşağı tariflərlə qaz almağa, borclarının vaxtını uzatmağa, habelə beynəlxalq maliyyə qurumlarından iri məbləğdə vəsaitlər cəlb etməyə nail olub. "Şimal axını-2" kəməri ilə nəql olunacaq qazın əsas alıcısı olan Almaniya ABŞ-ın sanksiyalarına rəğmən Rusiya ilə işbirliyini davam etdirib. Beləliklə, sanksiyaların ləğv olunması Rusiya və Almaniyanın maraqlarına uyğun olduğu qədər Ukraynanın təhlükəsizlik çıxarlarına ziddir. Gözlənilirdi ki, Zelenski bunun əvəzində ABŞ-dan əhəmiyyətli dəstək alacaq, ən azı Vaşinqton Ukraynanın Rusiya qarşısında zəifləyən mövqelərinin bərpa olunmasına kömək vəd edəcək. Amma Ağ Evdən yayılan bəyanatda bu dəstəyin işartıları görünmür.

Bundan başqa təhlükəsizlik, hərbi sahədə əməkdaşlığın güclənməsi sahəsində də parlaq fikirlər səsləndirilməyib. ABŞ Ukraynaya bu günə qədər olan dəstəkləri yada salıb və rutin şəkildə bu əməkdaşlığın davam edəcəyini bildirib.

Ağ Evin bəyanatında diqqət çəkən “Ukrayna demokratiya ilə avtoritarlığın mərkəzində dayanıb" cümləsi də Vaşinqtonun bu ölkədə aparılan islahatlardan narazı qaldığını göstərir. Məlumdur ki, ABŞ və Avropa İttifaqı Ukraynada korrupsiyaya qarşı mübarizəyə, idarəetmə islahatlarına külli miqdarda maliyyə vəsaiti ayırıb. Amma müxtəlif beynəlxalq hesabatlarda adıçəkilən ölkədə korrupsiyanın yüksək olması, demokratik ənənələrin oturuşmaması, oliqarxların dövlətin iqtisadi imkanlarını ələ keçirməsi və s. neqativ amillər ciddi tənqid olunub.

Avqustun 23-də Prezident V.Zelenskinin təşəbbüsü ilə Kiyevdə keçirilən "Krım platforması"-nda ABŞ və Almaniyanın yüksək səviyyədə iştirak etməməsi də münasibətlərin ürəkaçan olmadığını göstərir. Vaşinqton bu tədbirə nəqliyyat naziri və prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsini göndərmişdi. Sammitdən bir gün əvvəl Kiyevdə olan Almaniya kansleri Angela Merkel isə 1 sutka yubanıb tədbirdə iştirak etməyə lüzum görməmişdi. Beləliklə, Zelenski-Bayden görüşünün sönük keçməsi təsadüfi deyil və böyük güclər arasında münasibətlərin tam aydınlaşmamasının nəticəsidir. Qərb Rusiyanı təzyiq altında saxlasa da, ona qarşı həlledici güc tətbiq edə bilmir. Bu da vacib beynəlxalq problemlərdə tərəflərin qarşılıqlı anlaşmalarına gətirib çıxarır.

Bayden-Zelenski görüşü Ukraynanın ümidlərini doğrultmadığı qənaətini formalaşdırır. Görünür, prezidentlərin 2 saatlıq müzakirələrindən sonra birgə mətbuat konfransına ehtiyac duyulmaması bu məyusluqdan qaynaqlanır...

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Elgun Elseverli 2021-09-06 00:02:25

"Qərb Rusiyanı təzyiq altında saxlasa da, ona qarşı həlledici güc tətbiq edə bilmir" o sizə elə gəlir..ABŞ daim işləyir və kimlərisə belə avanturist addımlarla çaşdırmaq istəyir..Ukraynaya isə ABŞ bələkdə olan bir uşaq kimi davranır

vetendash 2021-09-03 17:24:45

Hormetli jurnalist cenab E.Rüstəmli , siz bu meqalede yazirsiniz : Bayden-Zelenski görüşü Ukraynanın ümidlərini doğrultmadığı qənaətini formalaşdırır. Hormetli cenab E.Rüstəmli , siz bilirsiniz ki , Ukrayna uchun boyuk tehlukeli , oyunbazliq - tələ , Normand formati ( Minsk Qrupu ) Rusiya , Fransa , Almaniya iştiraki ile ŞTANMAYER plani SIRIMAQ ISTEYIRDILER Ukraynaya , bu tehlukeli plani , ..........putinin " KURYERI " frau Merkel , INTENSIV , AKTIV terzde , BOYUK CANFEŞANLIQLA , Ukraynaya SIRIMAQA çalişdi , lakin frau Merkelin HIYLEGER ve TEHLUKELI , ŞTANMAYER planini , Ukrayna REDD ETDI ve ABŞ bu qerari DUZGUN HESAB ETDI , neticede ............. paxan putin , uduzdu , amma , bu riyakar putin , BAŞQA HOQQALARDAN ISTIFADE EDECEK , chunki , YALANÇIDIR ve HIYLEGERDIR . Ukrayna TAM HAZIR VEZIYYETDE ve QETIYYETLE , CIDDI CAVAB VERECEK tecevuzkar ..........putinin HUCUMLARINA .

Eli 2021-09-03 14:07:35

Maraqlıdur 30 ildir SSRİ dağıdılıb ve bu müddetde ABŞ ve Avropa kime dayaq olub dar günde yanında olub.Bunu tekce Çürcüstanın timsalında ya ds Ukraynanın timsalınds görmek olar.Buş mladşıy geldi Gürcüstann dalatan bülbüller kimi hoppanıb düşdü reqs eledi çıxıb getdi ve dar ayaqda Saakaşvilinin telefonunu götürmedi o cümleden Avropa dövletlerinin başçıları ona göre ki ABŞ da Avropa dövletleri dr öz maraqlarını qoyub kimese arxa durmazlar bunu minillik tarix de gösterib.Ona gör biz ancaq ve ancaq Türkiyyetd araxsyın olmalıyıq

Son yazılar