Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin kiçik oğlu Səədi şəxsi təhlükəsizliyi mülahizələrindən dolayı sentyabrın 5-də Liviyanı tərk edib.
Bu barədə «Əl Nadath» telekanalı xəbər verib.
«Əl-Marsad» informsiya kanalının dəqiqləşdirdiyi kimi, Tripoli hakimiyyəti Səədi Qəddafiyə ölkəni tərk etməyə və bəraət qərarı aldıqdan sonra, Mitiqa aeroportundan Türkiyəyə uçmağa icazə verib.
Nəşr rəsmi Tvitter səhifəsində Baş prokurorun Prezident Şurasına bu qərarla bağlı müraciətini dərc edib.
Səədi Qəddafi 2011-ci ildə öldürülmüş Liviya rəhbərinin üçüncü oğludur. Qəddafi hakimiyyətinin devrilməsindən sonra, o, Nigerə qaçıb, 2014-cü ildə bu dövətin hakimiyyəti tərəfindən ekstradisiya edilib. O, bir neçə il Tripolidə həbsdə olub, 2018-ci ildə isə bəraət alıb. Səədi həm də peşəkar futolçudur və 2005-ci ildə «Əl-İttihad» futbol klubunun məşqçisinin öldürülməsində günahlandırılıb.
Onun qardaşı Seyf əl-İslam hələ də ev dustağıdır.
Qəddafinin ikinci oğlu Müəttəsim Qəddafi isə atası ilə birlikdə öldürülüb.
AzPolitika.info


Şərhlər