"RUSİYA AZƏRBAYCANIN BU TƏKLİFLƏRİNİ QƏBUL ELƏMİR..." - Sülhməramlıların mandatına dair danışıqların bəzi detalları açıqlandı

"Rusiya və Azərbaycan arasında sülhməramlıların mandatına dair danışıqlar davam edir, tərəflər ortaq nöqtələr tapmağa çalışırlar". 

"AzPolitika.info" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev "Azadlıq" radiosuna müsahibəsində deyib.

Xatırladaq ki, iki gün əvvəl Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu barədə müzakirələrin getdiyini açıqlamışdı.

Fərid Şəfiyev isə bəzi detallara vararaq qeyd edib ki, sülhməramlıların mandatı ilə bağlı sənəddə əksini tapan məsələlər müxtəlifir.

"Bu, olduqca böyük bir sənəddir, bir çox məsələlərdə razılıq əldə olunub. Bəzi prinsipial məsələlər qalır",-deyə o vurğulayıb.

Mərkəzin rəhbəri qeyd edir ki, Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquqa, eyni zamanda 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əsaslanır: "Burada söhbət Laçın dəhlizi və beynəlxalq təşkilatların Azərbayacanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir. Məndə olan məlumata əsasən deyə bilərəm ki, Rusiya bu təklifləri qəbul eləmir. Ermənistandan belə şərhlər verilir ki, guya Azərbaycan bir sıra əngəllər törədir, bu, tamamilə yalandır. Burada hər iki ölkə müəyyən bir ortaq mövqeyə gəlməyə çalışır. Təəssüflər olsun ki, hələ bir nəticəyə müvəffəq olmamışıq".

F.Şəfiyev detalları konkretləşdirmədən deyib ki, bu məsələlər danışıqlar mərhələsində olduğuna görə onların açıqlanması doğru deyil.

Xatırladaq ki, bu barədə ilk dəfə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minatsyan məlumat açıqlayıb. O, yanvarın 8-də bildirmişdi ki, Ermənisan Rusiya ilə Qarabağdakı sülhməramlıların mandatına dair sənədi imzalayıb, amma Azərbaycan bundan imtina edib.

Keçmiş dipolmat rəsmi Bakının Moskva qarşısında 3 şərt qoyduğunu açıqlayıb:

"Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;

Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;

Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır."

Ermənistanın Baş naziri Nikol Paşinyan isə iyulun 29-da Azərbaycanın sülhməramlıların mandatına dair sənədi imzalamaqdan imtina etdiyini bildirmişdi.

Beləliklə, Fərid Şəfiyevin açıqladığı informasiyalar Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginliyin arxasında duran səbəblərə bir daha aydınlıq gətirir.

Azərbaycan Qarabağda suverenliyini bərqərar etmək üçün beynəlxalq hüququn, eyni zamanda 10 noyabr bəyanatının yaratdığı öhdəliklərdən çıxış edərək şərtlər irəli sürüb. Rusiya isə onları qəbul etmir, öz mövqeyini rəsmi Bakıya qəbul etdirmək üçün müxtəlif təxribatlara əl atır. 

Amma Azərbaycan rəhbərliyinin sərgilədiyi mövqe ondan xəbər verir ki, sülməramlıların mandatına dair Moskvanın istədiyi şərtlər daxilində razılaşma imzalanmayacaq.

E. Rüstəmli

"AzPolitika.info"  

635x100

Şərhlər

Rasim 2021-09-09 08:49:24

Rusiya bu qədər munaqişə ocağını axıra qədər əlində saxlaya bilmiyəcək..bu munaqişələr həmdə Rusiya xalqının inkişafınada mane olur

Niyaməddin 2021-09-08 02:59:28

Əslində bütün bu hadisələri törədən imperialist ideyalar quran, həyata keçirən bir neçə hegemon sionist, mason ailələrdir. ABŞ, Fransa, Rusiya və bir sıra əksər dövlətlər bu ailələrdən icazəsiz addım belə atmırlar. Peşəkar qatillər həmişə cinayəti başqasının törətdiyini hesab etdirərlər, elə göstərərlər ki, sanki bu cinayəti başqası törədib. Masonlar da bu dövlətlərdən maşa kimi istifadə edirlər... İnşə Allah sonda biz qalib gələcəyik!

vətəndaş 2021-09-07 16:58:52

Azerbaycanda Atalar Misali var : " PAZI , PAZ ile ÇIXARARLAR . " Bu meqalede qeyd edilir : Azərbaycan Qarabağda suverenliyini bərqərar etmək üçün beynəlxalq hüququn, eyni zamanda 10 noyabr bəyanatının yaratdığı öhdəliklərdən çıxış edərək şərtlər irəli sürüb. Rusiya isə onları qəbul etmir, öz mövqeyini rəsmi Bakıya qəbul etdirmək üçün müxtəlif təxribatlara əl atır. Bunun çox SADƏ HƏLLI VAR : Azerbaycan Prezidenti terefinden XALQA bir SIQNAL VERILSIN ve DƏRHAL , BIR MILYON INSANLAR Bakida ÇIXACAQ KUÇƏLƏRƏ , MEYDANLARA ve TƏLƏB EDƏCƏK Kremlden , SON QOYULSUN Azerbaycana QARŞI APARILAN TƏXRIBATLARA və Azerbaycanin ƏRAZI BUTOVLUYU TAM TƏMIN OLUNMALIDIR TEZLIKLƏ . 5 - ci kolonun rehberleri Bakida , UMUMXALQ MITINQINDƏ , TƏXRIBATLAR TORƏDƏ BILƏRLƏR , bu səbəbdən , UMUMXALQ MITINQINDƏ , DƏRHAL , ARA QARIŞDIRANLAR - TƏXRIBATÇILAR , HOKMƏN NƏZARƏTƏ ALINMALIDIRLAR , chunki , 5 - ci kolon her bir ALÇAQ PROVOKASIYA TORƏDƏ BILƏR............, Kreml rejimi TƏHLUKƏLIDIR , XALQ AYIQ - SAYIQ OLMALIDIR .

Roma 2021-09-07 16:01:11

DAVAMI::: daim açıq qalsın və istənilən anda ora müdaxilə edə bilsin. Rusiya bu mövqeyi ilə hegemonluğunu, tarixən ənənəviləşmiş şovinizmini və eləcə də daimi olaraq hərbi silah bazarını əlindən çıxarmaq istəmir...

Eli 2021-09-07 14:03:42

Burda kimse Amerika keşf etmirki,adi uşaq da bilir ki Qarabağ problemini kim yaradıb helline kim mane olmaq isteyir:Bu Rusiyadır ki özü de ne isteyir bilmir ve bir de Minsk qrupunun diger iki üzvü ABŞ ve Fransadır.Fransa bu işleri açıq açığına edir ,Rusiya be ABŞ ise guya Edalet ,Heqiqet ve Demokratiya carçılarıdur.Eslinde dünyanı qarışdıran öüselman ölkelireni inkişafdan saxlayıb suyu bulandirib balıq tutmaq isteyen esasen bu üç ölkedir

Roma 2021-09-07 13:35:37

Rusiyanın istəyi Qarabağ münaqişəsinin tam həll olunmamasıdır, yəni münaqişə

Son yazılar