Menu

Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb - 2 nəfər barəsində cinayət işi açılıb

08.09.2021, 12:12
Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb - 2 nəfər barəsində cinayət işi açılıb

Sentyabrın 7-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 5 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Şərhlər

Əli 2021-09-08 16:38:05

Hörmətli AzPoıitika.Diqqətinizi bir məsələyə çəkim. Ölkənin demək olar ki bir çox rayon xəstəxanalarında baş həkimləri xeyli sayda "oxatanlar" qorumağa başlayıb. Məsələn Beyləqan r/x baş həkimi işə gələndə onun dazvazasını açıb içəri ötürməyə, gedəndə yola salmağa o qədər Orxana tökülüşüb ki, san ki Prezident səfərə gəlib. Bərdə , Ağcabədi, Zərdab və sairlərində də eyni vəziyyət hökmdür. Günün qalan saatlarında bu broyler toyuqları kimi özlərini şişirtmiş oxatanlar ancaq semişka çırtlamaqla məşhurdur. Bu TƏBİBə dövlət nə qədər pul ayırıb, nələrə xərclənir. Korrupsiya da əvvəlkindən daha geniş vüsət alıb. Baxmayaraq ki direktorlar 5000 manat maaş alır... Buna diqqət ayırmaniz lazım...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol