Çin hakimiyyəti Əfqanıstana 200 milyon yuan (təxminən 30 milyon dollar) fövqəladə yardım göstərəcək.
Bu barədə sentyabrın 8-də Çin Xalq Respublikasının (ÇXR) XİN başçısı Van İ İranın, Pakistanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın xarici işlər nazirləri ilə keçirdiyi onlayn-görüşdə bəyan edib.
«Əfqan xalqının ehtiyacları ilə əlaqədar bizim ölkəmiz Əfqanıstana 200 milyon yuan fövqəladə yardım göstərəcək» - Çin XİN başçısı deyib.
Xəbər verildiyi kimi, bundan əvvəl ÇXR XİN-nin rəsmi nümayəndəsi Van Vanbin bəyan edib ki, Pekin Əfqanıstanın yeni hökuməti ilə dialoqa hazırdır.
Məlumdur ki, hökumət «Taliban» hərəkatı üzvlərindən təşkil olunub. Buna qədər taliblər özləri elan ediblər ki, Çini öz dövlətlərinin - Əfqanıstan İslam Əmirliyinin başlıca həmkarı hesab edirlər.
AzPolitika.info


Şərhlər