Menu

Avropada qazın qiyməti 675 dolları ötüb

09.09.2021, 11:48
Avropada qazın qiyməti 675 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 675 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 9 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 55,85 avro təşkil edib (bir kubmetr üçün təqribən 676 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol