TÜRKİYƏ AZƏRBAYCANDA XÜSUSİ KOMANDANLIĞI GÜCLƏNDİRİR - 4 general göndərildi + FOTOLAR

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xüsusi Komandanlıq Qrupuna 4 general təyin edilib. Söhbət general-mayor Bəxtiyar Ersay, generallar Abdulla Qatırçı, Ender Güner və Zəkəriyyə Yalçından gedir.

Xüsusi Komandanlıq Qrupu yeni bir qurum deyil və Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir, lakin bu günə qədər aşağı rütbəli zabitlərlə təmsil olunub.

Azərbaycan və Türkiyə son vaxtlar bütün sahələrdə əməkdaşlığı gücləndirib və yeni səviyyəyə qaldırıb. Buna ən bariz nümunə 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi"dir. Bu kontekstdə Xüsusi Komandanlıq Qrupunun güclənməsini ölkələr arasında hərbi-texniki əlaqələrin məntiqi inkişafı hesab etmək olar.

Son vaxtlar keçirilən birgə təlimlərin sayının artması, şübhəsiz ki, daha dərin koordinasiya tələb edir, bu səbəbdən analoji addım hər iki ölkənin ordularının hazırlıq səviyyəsinin artmasına kömək edəcək.

***

Bahtiyar Ersay

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda Bakıda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək generalların adları açıqlanıb. Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bahtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdullah Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner isə Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zekeriyyə Yalçın təyin olunub. (teleqraf.com)

Abdullah Katırcı

635x100

Şərhlər

miri 2021-09-10 06:51:25

Milletimiz üçün yeni qələbələrə vəsilə olsun. İNŞƏLLAH

Niyaməddin 2021-09-10 02:32:05

Xeyirli, uğurlu, bərəkətli olsun. O gün olsun Türk hərbi bazaları Azərbaycan torpaqlarında və bütün Turan ellərində qurulsun!

Eli 2021-09-10 01:25:46

Allahin zalimlar üzerinde qılıncı olan Türkiyye Sene canımız qurban olsun Yaşa Var ol.

t.ədalət 2021-09-09 23:50:34

Türkiyənin köməyi ilə Rusiyanın Frunze adına akademiyasının hazırladığı kadrlardan qurtulacağıq,İnşallah!Hələ də Rusiyanın qayıdacağını xəyal edənlərə lənət olsun!

Eko 2021-09-09 18:20:33

Allah xeyirli elesin ! Amin

Son yazılar