Menu

Bəzi deputatlar YAP-ın rayon təşkilatlarının sədrləri vəzifəsindən uzaqlaşdırılır

09.09.2021, 18:27
Bəzi deputatlar YAP-ın rayon təşkilatlarının sədrləri vəzifəsindən uzaqlaşdırılır

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah - sentyabrın 10-da keçiriləcək iclasında partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçəsi vəzifədən azad ediləcək.

“Report” həmin şəxslərin bəzilərinin adlarını əldə edib.

Belə ki, sabahkı toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək. Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək.

Qeyd edək ki, hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

Şərhlər

Prezidentini sevən 2021-09-09 22:32:15

Şəki İcra Hsakimiyyətinin birinci müavini Həsən Həsənov 25 -ildir ki, birinci müavindir, ondan başqa 24-ildir ki, YAP -ın sədridir... Ona görə inkişafdan qalan Şəkim !

Prezidentini sevən 2021-09-09 22:31:32

Şəki İcra Hsakimiyyətinin birinci müavini Həsən Həsənov 25 -ildir ki, birinci müavindir, ondan başqa 24-ildir ki, YAP -ın sədridir... Ona görə inkişafdan qalan Şəkim !

TT 2021-09-09 20:16:44

Hede ))Derdee

Zakir 2021-09-09 19:47:47

şilo na mılo! Malades!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol