Menu

"Bakı Telefon Rabitəsi" 3 milyon manatlıq tenderi yekunlaşdırıb

10.09.2021, 11:26
"Bakı Telefon Rabitəsi" 3 milyon manatlıq tenderi yekunlaşdırıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Azad İqtisadi Zona”nın yaradılması ilə əlaqədar mal-materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Huavei Technologies Azərbaycan" MMC-dir.

Qalib şirkətə 3,3 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol