"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir".
“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov feysbuk səhifəsində yazıb.
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - nazir vurğulayıb.


Şərhlər
İdmançılar tək Bakıda yetişməməlidir.Rayonlardakı idman idarələrindən başlamaq lazımdır. Rayon Gənclər və idman idarələri fərsiz, bacarıqsız , idmana aidiyyəti olmayan, RİH başçılarının babat maaşı olan ştat vahidi kimi satmağa yararlı kimi baxıldığı bir quruma çevrilib.Məsələn Zərdabda təhsilsiz , xəstələri yığıb doldurublar Gİİ- nə, rəis də ki, gənclərə təzə kostyumlarının göstərməkdən, başqa əlindən bir şey gəlmir...