Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 950 ABŞ dollarını ötüb.
Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 79 avro təşkil edib (bir kubmetr üçün təqribən 950 dollar).
Avropada rekord qaz qiymətləri artıq bəzi Aİ ölkələrini qaz və elektrik enerjisi tariflərini məhdudlaşdırmaq üçün fövqəladə tədbirlər görməyə vadar edir.
Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.
*** Avropada qazın qiyməti hər 1 000 kubmetrinin qiyməti 840 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 842,5 ABŞ dollarına çatıb.
Beləliklə “mavi yanacağ"ın qiyməti ardıcıl olaraq 3-cü gündür ki, tarixi maksimumları yeniləyir.


Şərhlər