YOLUXMANIN KƏSKİN AZALMASI NƏ İLƏ BAĞLIDIR? - "Ağır xəstələr ölür və dalğa sönməyə başlayır"

Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı azalır. Sentybarın 14-də açıqlanan məlumata görə, 2077 nəfərin analiz nümunələri müsbət çıxıb, 3725 nəfər sağalıb, 33 nəfər vəfat edib. Bu rəqəmlər ötən ayın son iki həftəsi ilə müqayisədə yarıbayarı azdır.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da mətbuata deyib ki, pandemiyanın növbəti dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər. O, fikrini yoluxma sayınını azlaması, xəstəlikdən sağalanaların sayının yeni yoluxanların sayını üstələməsi və xəstəliyi aşkar emək üçün istifadə olunan spesifik test nümunələrində pozitiv nəticələrin səviyyəsinin azalması əsasında söyləndiyi vurğulayıb.

Maraqlıdır, hökumət iyul ayından vüsət götürən yeni dalğanın qarşısını almaq üçün bir heç bir məhdulaşdırıcı tədbirə əl atmadı. Toylara, başqa şənliklərə yasaq qoyulmadı, insanların kütləvi toplaşdığı ticarət mərkəzləri, bazarlar, qapalı məkanlar maska taxmaq şərti ilə fəaliyyətini davam etdirdi. Bu ərəfədə yalnız maskasız 50 nəfərlik toylara verilən icazə ləğv edildi ki, onu da miqyaslı tədbir adlandırmaq mümkün deyil.

Bu müddətdə Nazirlər Kabinetinin verdiyi qərara uyğun olaraq kütləvi vaksinasiya kampaniyası həyata keçirilir. Qərar görə sentyabrın 1-dən COVİD-19 pasportu və immunitet sertfikatı olmayan şəxslərin iş yerlərinə, ali və orta təhsil müəssisələrinə, qapalı məkanlara və iri ticarət mərkəzlərinə buraxılması qadağan edilib. Nəticədə vaksin olunanların sayı azı iki dəfə artıb. Belə ki, sentyabrın 14-ə olan məlumata görə ölkədə 4,5 milyon nəfərdən artıq insan vaksinin birinci, 3.1 milyon vətəndaş isə hər iki dozasını vurudurb.

Bir məqamı da qeyd edək ki, avqustun 5-dən etibarən Hicri təqvimlə Məhərrəm ayı başlayıb, bu səbəbdən 35 gündən artıqdır ölkədə kütləvi şənlik mərasimləri təşkil edilmir.

Beləliklə, paradoksal mənzərəni aydınlaşdırmağa ehtiyac var: Hökumət heç bir qadağa tətbiq etmədiyi halda pandemiyanın növbəti dalğası niyə səngidi? Burada kütləvi vaksinasiya və Məhərrəm ayında toy, nişan mərasimlərinin keçirilməməsi rol oynayırmı?

Tanınmış həkim, markoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya bildirib ki, bu amillərin heç birinin rolu yoxdur. 

Onun sözlərinə görə, yoluxmanın azalmasına yeganə səbəb pandemik dalğanın xüsusiyyətləridir: "Hər dalğa aqressivləşir, artır, sonra xəstə-sağalan sayı bərabərləşir, ölüm artır və dalğa sönür. Mən əvvəldən bildirmişdim ki, bu dalğa sentyabrın 15-də səngiyəcək. Bu adi hesablamadır, heç bir münəccimliyə ehtiyac yoxdur. Bütün dalğalar təxminən 40-45 gün, uzağı 2 ay çəkir. Əvvəlcə az sayda, sonra 1 həftə içində yüksək yolxuma sayı partlayır və böyük rəqəmlərə çatır. Sonra stabilləşmə mərhələsi başlayır, ağır xəstələr ölür və dalğa sönməyə başlayır".

Həkim qeyd edir ki, iyulun axırı, avqustun əvvəli başlayan dalğa sentyabrın 15-nə qədər sönməli idi.

"Epidemoloji qanunlar bunu tələb edir",-deyə o vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Eldəniz veysəlov 2021-09-16 12:40:45

Səhiyyə Nazirliyi pandemiya xəstələrini nə qədər xəstəxanalara rüşvətlə qəbul edib,baha dərmanlar almağa vadar edəcəkXəstəxanalarda xidmət haqqı alacaq bu xəstəliyin sayı azalan deyil.Çünki onsuz da qiymət artımı ilə müflis edilən xalqın səhiyyənin acgöz tələblərni ödəmək imkanı yoxdur.Niyə dövlət başçısı xəstəxanaların bu hala gəlməsinə göz yumub?yəərbu

Nadir 2021-09-15 18:28:42

Qeyri mueyyenlik ve qeyri selist mentiq.

Özgür 2021-09-15 17:05:01

Xalq evində ölməyi xəstəxanada baxımsız vəziyyətdə ölməkdən daha üstün tutur!

TARIX 2021-09-15 16:40:52

ONA GÖRƏ YOLUXANLARIN SAYI AZDIR Kİ,İNSANLARIN COXU XƏSTƏLİYİ EV ŞƏRAİTİNDƏ KECİRİR.103 XİDMƏTİNƏ DÜŞMƏK QEYRİ MÜMKÜNDÜR.YOLUXMA İLƏ ƏLAQƏDAR VERİLƏN GÖSTƏRİCİLƏR HƏQİQƏTİ ƏKS ETDİRMİR.

Son yazılar