Menu

Saxta əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub

16.09.2021, 11:56
Saxta əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub

"Son 8 ayda saxta əlillik və əsassız əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

"Elektron sistem bunların qarşısını almağa kömək edir. Bu sistem vasitəsi ilə data bazalardakı məlumatlar dəqiqləşdirilir"- o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol