Menu

Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı

17.09.2021, 20:10
Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

“Report” xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi "Ermənistan bloku"nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

Şərhlər

Eli 2021-09-18 01:44:44

Bu Psşinyan müellim bu cani Koçergznı tdmiz heç ne eyleyib ,ne vaxt isteyir bunu ölkeden kenara buraxır ne vaxt istemir buraxmır,konkret “dilxoşluq” edir düz de edir ,bunun de bir yaxşı işi olmalıdır ya yox.Ancaq bir balaca “insafsızlua”edir.Axı bunun Putinin qucağındd oturmasının baxtı keçir bı olmada yeqin bınların problemi hellini tapmaz.Bedbextler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol