Menu

Gürcüstanda son sutka COVID-19-a 1 501 yoluxma qeydə alınıb - 43 nəfər ölüb

19.09.2021, 10:46
Gürcüstanda son sutka COVID-19-a 1 501 yoluxma qeydə alınıb - 43 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 501 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 595 264 nəfərə, ölənlərin sayı isə 8 541 nəfərə çatıb. Virusa yoluxanlardan 559 996 (94%) nəfərin sağaldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol