Menu

Məhkəmə Xədicə İsmayılın şikayətini təmin etməyib

06.11.2013, 18:05
Məhkəmə Xədicə İsmayılın şikayətini təmin etməyib

Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “İki sahil” qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı şikayətinə baxıb.

Jurnalistin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun məlumatına görə, Xədicə İsmayılova ilə “İki sahil” arasındakı məhkəmə mübahisəsi qəzetin 15 mart 2012-ci il sayında dərc olunmuş “Xədicənin suçu nə?” sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədəki ifadələrin nüfuzuna, şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına hörmət hüququna zərər vurduğunu iddia edən Xədicə İsmayılova Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Jurnalist şərəf və ləyaqətinə, şəxsi həyata hörmət hüququna, ifadə azadlığı hüququna müdaxiləni tanınmasını, “İki sahil” qəzetinin üzərinə 2 min manat təzminat ödəmək, iddiaçıdan üzr istəmək, təkzib vermək vəzifəsi qoyan qətnamə qəbul edilməsini istəyib.

Yasamal məhkəməsi 2013-cü ilin martında jurnalistin şikayətini rədd edib. Bu gün Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol