Tanınmış elmlər doktoru vəfat etdi - FOTO

Azərbaycan elminə ağır itki üz verib. Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru Oktay Babazadə 82 yaşında vəfat edib.

Qeyd edək ki, Oktay Baba oğlu Babazadə 1939-cu ildə Bakı şəhərində doğulub.

1963-cü ildə dağ-mədən mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi-Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub.

“Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, “Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib.

O, zəlzələlərin proqnozu problemi ilə məşğul olub. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq edib.

O.Babazadə Azərbaycan üçün yeni ümumi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zəlzələlərin uzunmüddətli proqnozu modelini qurub.

Tanınmış alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi idi. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar