“Azərbaycan Prezidenti ilk dəfədir ki, İranın hərəkətlərindən bu dərəcə açıq narazılığını və narahatlığını bildirir. Əvvəllər bu cür etirazlar deputalar, parlament üzvləri QHT təmsilçiləri tərəfindən ifadə olunub. Yəni hakimiyyətin mövqeyi bu formada ifadə olunub”.
Bunu “AzPolitika.info”ya açıqlamasında siyasi təhlilçi Şahin Cəfərli Prezident İlham Əliyevin “Anadolu” Agentliyinə müsahibəsində İranın ünvanına səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.
Xatırladaq ki, ölkə başçısı Qarabağa qanunusz yüklərin daşınmasını, Bakının xəbərdarlığından sonra belə eyni əməllərin davam etdirilməsini Azərbaycanın müstəqilliyinə və suverenliyinə qarşı hömətsizlik kimi dəyərləndirib. Prezident həmçinin Azərbaycan sərhədlərində hərbi təlimlər keçirilməsini də sərt şəkildə qınayıb. “Bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı.
“Bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır”,-deyə ölkə başçısı vurğulayıb.

Şahin Cəfərlinin sözlərinə görə, Prezidentin bəyanatından belə məlum olur ki, işağl dövründə də İranla Qarabağdakı separatçılar arasında davamlı əlaqələr mövcud olub: “Əslində bu ictimaiyyət üçün sirr deyildi, Bakının etirazları da olsa bilsin, qapalı kanallar vasitəsi ilə çatdırılıb. Məsələ burasındadır ki, İran dövləti Azərbaycana qarşı heç də dost olmayan bu mövqedə olub. Son olaraq yük avtomobillərinin Qarabağa gediş-gəlişinə Azərbaycanın etirazlarından çəkinməyərək, maşınlarının nömrələrini dəyişərək qanunusz əmələ davam etmələri də bundan xəbər verir”.
Ekspert əlavə edir ki, İranın Azərbaycanın öz problemlərini həll edərək güclü dövlətə çevrilməsini istəməməsi sirr deyil: “Tehran güclü, inkişaf etmiş, demokratik Azərbaycan Respublikasının Güneydə yaşayan çoxmilyonluq türkləri etkiləyəcəyini düşünür. Onlar istəyirlər ki, Azərbaycan daim gücsüz, zəif, öz problemləri içində çabalayan bir ölkə olsun. Beləliklə, İrandakı türklər üçün cazibə mərkəzi olmasın. Bu baxımdan Tehranıən siyasətində hər hansı dəyişiklik yoxdur”.
“AzPolitika.info”

Şərhlər
Siyasi, sosial, hərbi, mədəni arenada bizim Türkiyə ilə əlaqələrimiz yüksək qiymətləndirilir. Lakin bu heç də belə deyil. Azərbaycan dövləti Türkiyənin bütün imkanlarından istifadə etməlidir. Türk qardaşlarımız bizdən bunu istəyirlər, onlar buna çoxdan hazırdırlar. Bura ilk növbədə Milli İstihbarat Təşkilatının bütün sahələr üzrə xüsusi nümayəndələrinin Azərbaycan respublikasında müvəqqəti yerləşdirilməsi aiddir və təbii ki, digər nümayəndələrin. Türk hərbi bazalarının vətənimizdə müvəqqəti və yaxud dövlətimiz istəyərsə daimi yaradılması təşkil olunmalıdır. Yoxsa bu həddini bilməz qonşularımız bizim ədəbi izlə çox oynayacaq və ciddi problemlər yaradacaqlar.
İran çiyninin arxasında Azərbaycanın tövşüyə-tövşüyə gəldiyini görür.Bilir ki,ikiyə bölünmüş Azərbaycanın bütövləşməsi an məsələsidir.İnşallah,ikinci erməni hakimiyyətini--İranı da yenəcəyik!