Menu

"Azərbaycanda ölümlərin yarısından çoxu ürək-damar xəstəliklərindən baş verir" - SN-in mütəxəssisi

29.09.2021, 15:32
"Azərbaycanda ölümlərin yarısından çoxu ürək-damar xəstəliklərindən baş verir" - SN-in mütəxəssisi

“Azərbaycanda da digər ölkələrdəki kimi ürək-damar xəstəlikləri ölüm səbəblərinin əsasını təşkil edir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü " mövzusunda çıxışında deyib.

O bildirib ki, ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir: “2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır. Daha sonra onkoloji xəstəliklərin önə keçəcəyi planlaşdırılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol