Menu

Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir

30.09.2021, 11:53
Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir

“Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol