POLİS ARVADINA 15 DƏFƏ ATƏŞ AÇIB... - Yeni TƏFƏRRÜAT + VİDEO

Bakıda polisin həyat yoldaşını qətlə yetirməsinin daha bir təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.

Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı iki azyaşlı uşağının gözü qarşısında xidməti silahı ilə 15 dəfə atəş açaraq güllələyib. Qadın hadisə yerində keçinib.

Qeyd edək ki, dünən İ.Məmmədovun üzərindəki tabel silahı ilə arvadını altı dəfə atəş açaraq qətlə yetirdiyi deyilirdi.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

635x100

Şərhlər

esger 2021-10-01 14:44:23

Bu boyuk faciədir Cinayətkar agır cəza almalıdır Amma bir məsələ yanlışdsır tapançada 9 güllə olur 15 dəfə necə oldu

Helime 2021-10-01 14:02:46

Gunah bir daha.. bir daha qadindadir ve onu mudafiye etmeyen qohumlardadir.. Niye psixopatla yashayirsan? Niye boshanmirsan? Niye ona iki ushaq dogursan?

t.ədalət(Yaquba) 2021-10-01 13:52:20

ABŞ böyük dövlətdir.Azərbaycan kimi cırtdan dövlətdə bu qədər polis olması anoloqu olmayan bir vəziyyətdir.Əhalinin sayına görə normanı bir-neçə dəfə keçən polis işçilərinin sayını azaltmaqla,həm polisi sağlaşdırmaq,həm də dövlət büdcəsinə cərimələrdən çox gəlir əlavə etmək olar.

Niyaməddin 2021-10-01 13:51:05

Allah cəmiyyətimizi islah eləsin!

Eloglu 2021-10-01 13:43:51

qadına əl qaldırmaq kişi işi deyil,o ki silah ola

Yagub ədalətə 2021-10-01 12:08:17

Yaxşıda onda ABŞ polisi haqda nə deyə bilərsiz? Bizdə onlara baxmış çox yaxşıdı

t.ədalət 2021-10-01 10:48:05

Bu polisin hərəkəti göstərir ki,pulunu verib polisə girənlər arasında qatı cinayətlər törətməyə meyilli xeyli polis işçiləri var.Azərbaycan polisi asayişi qorumaqdan çox,asayişi pozan bir sistemə çevrilib.Nəzarətsiz və cəzasız qalan polis işçilərinin mənəvi tərbiyəyə cəlb olunması vacibdir.

Son yazılar