Filippin Prezidenti Rodrigo Duterte siyasətdən getdiyini açıqlayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Filippinlilərin böyük əksəriyyəti mənim namizəd olmadığımı düşünür. Həmvətənlərimə deyirəm ki, istəklərinizi yerinə yetirirəm, Bu gün siyasətdən getdiyimi elan edirəm", - Duterte deyib.
Sosioloji sorğulara görə, filippinlilərin yalnız 39%-i Duterteni vitse-prezident olaraq dəstəkləyəcəklərini bildirib.


Şərhlər
Hətta Rodrigo Duterte də vəzifədən istefa verərmiş. Amma, məsələn Ramiz Mehdiyev bunu etməz, edəməz....Dünya dagılsa da, yerlə göy birləşsə də ölənə qədər vəzifədə olmalı, öləndə də dəstəsinin tarlası kimi övladına təhvil verməlidir. Bizimkilər belədir...