Menu

İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasına gətirildi

05.10.2021, 17:03
İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasına gətirildi

İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik.

Musavat.com-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, işdən çıxarılan İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə şöbəyə müdir müavini təyin edilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri, Prezidentinin köməkçisi Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Dövlətini sevən 2021-10-06 18:39:39

Sosial narazılıqları artıran PA-nın Ərazi İdarə Etmə şöbəsidir .. Həmin şöbədə köklü kadr islahatları aparılmalıdır!..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol