Menu

Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb

07.10.2021, 15:14
Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyevin bu gün dəyişiklik etdiyi “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə əsasən, kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.

"Report" xəbər verir ki, nazirə tabeli qurumların rəhbərləri ilə yanaşı, onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, eləcə də digər işçiləri (tabeli qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərləri) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilib.

Şərhlər

Eli 2021-10-07 15:51:21

İnam Kerimov heqiqeten leyaqetli ,işgüzar xalqa ve dövlete semimi ,düzgün qulluq eden bir dövlet işçisi ,xadimidir.Kaş diger nazirler de onun kimi işleseydiler nece de gözel olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol