Menu

Milli Məclisin istiqlalçı deputatlarına xüsusi statusun verilməsi təklif edilir

11.10.2021, 15:25
Milli Məclisin istiqlalçı deputatlarına xüsusi statusun verilməsi təklif edilir

“1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na səs verən deputatlara imtiyaz verilməlidir”.

“Report” xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, illərdir istiqlalçı deputatlarla bağlı məsələ qaldırılır: “Hesab edirəm ki, həmin deputatlara xüsusi status verilməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol