SOCAR ötən rüb neft hasilatını 10 %, qaz hasilatını 9 % artırıb
Baxiş sayı:
Dərc olunub:
14/10/2021 - 17:20
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub.
“Report”un şirkətin hesabatına istinadən verdiyi məlumata görə, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 % çoxdur.
Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10 %, qaz hasilatını isə 9 % artırıb.
Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.