"Taliban" Ankaradan humanitar yardımın davam etməsini istəyib" - Çavuşoğlu

"Taliban" ölkədə birlik və bərabərlik istəsə, Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlardan sonra bildirib.

Nazirin sözlərinə görə, danışıqlar zamanı Türkiyə tərəfi bir daha qızların təhsili və qadınların iş həyatına inteqrasiyası ilə bağlı tövsiyələrini verib.

Türkiyənin baş diplomatı deyib ki, "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib.

Çavuşoğlu əlavə edib ki, nümayəndə heyətinin üzvləri əfqan qaçqınlara vətənlərinə qayıtmaq istədikləri təqdirdə hər cür dəstək vermək niyyətində olduqlarını ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar