Menu

Avropada qazın qiyməti 1 200 dolları keçib

14.10.2021, 22:12
Avropada qazın qiyməti 1 200 dolları keçib

London ICE birjasında keçirilən ticarətin sessiyasının nəticələrinə görə, Avropada qazın qiyməti min kubmetr üçün 1 200 ABŞ dollarını keçib. "Report" xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Niderlanddakı TTF mərkəzindəki bu gün keçirilən ticarət sessiyasının sonunda noyabr fyuçerslərinin min kubmetrə görə qiyməti təxminən 1 214 ABŞ dolları təşkil edib.

Ümumilikdə isə günün əvvəlindən etibarən ümumi qiymət artımı 8 %-dən çox olub.

Avropa qaz bazarında qiymətlərin dəyişkənliyi qış fəsli ərəfəsində qaz anbarlarının az dolması ilə əlaqələndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol